“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


25.11.2019  14:54 

Samir Şərifov deputatların suallarını cavablandırdı





A+  A-

Maliyyə naziri Samir Şərifov “2020-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputatların səsləndirdiyi fikirlərə cavab verib.
XəzərNews.az xəbər verir ki, nazir qeyd edib ki, deputatların bir qrupu çıxışında bəzi sosial obyektlərin yəni, məktəb, uşaq bağçaların, idman obyektlərinin yenidən qurulması və ya təmiri, qaz və su təchizatı, kəndlərə arası yollarının salınması ilə bağlı məsələləri qaldırıb:

“Qeyd edim ki, 2020- ci ilin dövlət büdcəsində dövlət investisiya xərcləri üçün 5 milyarda 982 milyon manat vəsait ayrılıb. Yolların qurulması, dəmir yollarının tikintisi üçün vəsait ayrılıb. Həmçinin Bakı Metropliteninə, Xəzər Dəniz Gəmiçiliyinə vəsaitlər ayrılıb. Sosial layihələr növbəti büdcələrdə nəzərə alınacaq. Bəzi təkliflərinin qanun layihəsinə bilavasitə aidiyyatı yoxdur Başqa formatda bu məsələlərə baxıla bilər”.

S. Şərifov həmçinin qeyd edib ki, deputatların maliyyələşmə ilə bağlı təklifləri Azərbaycan Prezidentinə təqdim edilib: “Prezident tərəfindən təkliflərin bir sıra mövcud büdcə layihəsində nəzərə alınmasını mümkün hesab edib. Belə ki, siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsait 1 milyon manata artırılaraq 4 milyon manata çatdırılması təklif olunub. İctimai birliklər nəzərdə tutulmuş vəsaitin 900 min manat artırılaraq 5,5 milyon manata çatdırılmas təklif olunub. Bundan əlavə, Prezidentin sərənacamına uyğun olaraq Şəmkir rayonunun qədim Dövlət Tarix Mədəniyyət Qoruğu yaradılması üçün də 600 min manat vəsaitin ayrılması büdcə layihəısində ayrılması təklif olunub. Milli Məclisin xərcləri əlavə olaraq 1,9 milyon manat artırılması təklif edilib.

Bununla yanaşı bildirim ki, Naxçıvan Muxtar Respublikası tərəfindən hökumətə müraciət daxil olub. Həmin müraciətə əsasən Muxtar Respublikada gəlirlər potensialının artırılması hesabına ayrılan dotasiya məbləğinin 19 milyon manat azalması görünür. Həmin qənaət edilmiş 19 milyon manat dövlət büdcəsinin kəsirinin azaldılmasına yönəlib. Bu zaman Muxtar Respublikanın gəlir və xərcləri dəyişməz olaraq 482 milyon manat səviyyəsində qalmaqla dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına yönəldilən dotasiyanın məbləği 4,9 faiz azaldılacaq”.

Dəyişikliklə icmal büdcənin gəlir və xərcləri müvafiq olaraq 27 milyard 552 milyon manat və 29 milyarda 488 milyon manat səviyyəsində nəzərdə tutulub. İcmal büdcənin kəsiri isə 19 milyon manat azalaraq 1 milyard 936 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 19 milyon manat azaldılaraq 26 milyard 894,7 milyon manat, kəsir isə 19 milyon manat azaldılaraq 1 milyard 786 milyon manat təşkil edəcək.

Xəbər 1914 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +