“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


04.12.2024  18:22 

Ormana kəndi BMT-nin 2024-cü ilin ən yaxşı turizm kəndləri arasında seçildi -Fotolar





A+  A-

Ormana kəndi Antalyanın mərkəzində, Toros dağlarının ətəklərində yerləşir. Bu kənd Dünya Turizm Təşkilatı (UN Tourism) tərəfindən “2024 Dünya Ən Yaxşı Turizm Kəndləri” siyahısına daxil edilib

Bu beynəlxalq tanınma ilə kəndin tarixi dəyəri, təbii gözəllikləri və davamlı turizmə verdiyi töhfə təsdiqlənmiş oldu. Ormana, Mustafapaşa və Taraklı (2021), Birgi (2022) və Şirincədən (2023) sonra siyahıya daxil olan Türkiyənin 5-ci kəndidir.

Toros Dağlarının qoynunda qədim Yörük kəndi
Manavqat çayının qaynağı olan Ormana, Antalya şəhər mərkəzindən cəmi 2,5 saatlıq məsafədə, İbradı mahalında yerləşən qədim bir Yörük kəndidir. Hellenistik dövrdən bəri yaşayış məskəni olan bu kənd, mədəni-tarixi möcüzələri və gözəl istirahət imkanları ilə seçilir. 600 nəfərlik kiçik əhalisi olan Ormana, qorunub saxlanılan memarlıq nümunələri və artıq 57 ildir qeyd olunan üzüm festivalı ilə orijinallıq axtaran səyyahların diqqətini çəkir.

350 illik memarlıq möcüzəsi: düymə evlər
Ormana tarixin, mədəniyyətin və təbiətin əsrlərlə davam edən ahəngini təqdim edir. Kəndin düymə evləri daş və sidr ağacı ilə heç bir məhlul istifadə edilmədən tikilib. Yerli memarlığın ən dayanıqlı nümunələrindən olan bu evlərdə ağac çərçivələr görünən hissələri düymə şəklində olduğu üçün bu adla adlandırılır.

Bu evlərin tikinti üsulu nə qədər unikal olsa da, daha maraqlısı onların dayanıqlığıdır. Torpaq hərəkət etdikdə daşlar elastik hərəkət edə bilir və qalın divarları qışda isti, yayda isə sərin qalır. Son illərdə bu evlər bərpa edilərək butik otellərə çevrilib və turistlərə bölgənin ruhunu hiss etmək və unikal yerli həyat tərzini yaşamaq imkanı təqdim olunur.

Təbiətdə macəralar
Ormana yalnız unikal memarlığı ilə deyil, həm də tarixi və təbii zənginlikləri ilə diqqət çəkir. Təbiət müşahidəsi, foto-safari, mağara tədqiqatı və yürüş kimi bir çox fəaliyyətlər burada mümkündür. Altınbeşik Mağarası və Eynif Düzü Ormana kəndi və ətrafında mütləq görülməli yerlər arasındadır.

Altınbeşik Mağarası, Türkiyənin ən böyük, Avropanın isə üçüncü ən böyük yeraltı gölünə ev sahibliyi edir. Buradakı traverten, sarkıt və dikitlər möhtəşəm bir mənzərə yaradır. Bundan əlavə, tarixi İpək Yolunun keçdiyi və yüzlərlə vəhşi yılkı atlarına ev sahibliyi edən Eynif Düzündə Səlcuq dövrünə aid Tol Xan və Roma dövründən qalma Erymna antik şəhəri ziyarətçiləri gözləyir.

Ormana, həmçinin üzüm bağları ilə məşhurdur. Bura gələnlər kəndin dadlı çavuş üzümlərini yeyib, keçi pendiri ilə birlikdə bu ləzzətlərin fərqli bir harmoniyasını hiss edə bilərlər. Sentyabr ayında üzüm festivalı keçirilir və bu dövrdə Ormananı ziyarət edənlər həm festivalda iştirak edə, həm də üzümçülük mədəniyyəti ilə tanış ola bilərlər.





Xəbər 2023 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +