Keyfiyyətli ət, yağ kasıblar üçün əlçatmaz olub - Deputat
Restoranın 4 ofisiantını elektrik öldürdü
Nazir islahat təklifləri ilə bağlı açıqlama verib
17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?
Sabah 16-20 dərəcə isti olacaq
Ədliyyə orqanları işçiləri təltif edildi - Sərəncam
Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!


28.10.2022  12:20 

Səbaildə narkotik satmaq istəyənlər həbs edildi





A+  A-

Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları Badamdar qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçiriblər.

XəzərNews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir zamanı narkotik maddələrin satışını həyata keçirən dörd nəfər – Aqil Əliyev, Səkinə Məmmədova, Rza Əliyev və Yasin Fərmanoğlu tutulublar. Həmin şəxslərdən 1 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb. Saxlanılanlar narkotikləri Səbail rayonu ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barədə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Səbail rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Qeyd edək ki, oktyabr ayında Səbail rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 20 nəfər rayon polis idarəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edilib.

Xəbər 2720 dəfə oxunub.



21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +