MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir
Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi


04.08.2017  17:12 

Baş prokurorluq cinayət işi açdı





A+  A-

Kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətin vəzifəli şəxslərinin fəaliyyətində aşkar edilmiş qanun pozuntuları barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-də xırda buynuzlu heyvanların məcburi kəsiminə, əmtəəlik satışına və əmək haqqı əvəzinə verilmiş xırda buynuzlu heyvanlara görə ümumilikdə müəssisəyə 19 min 765 manat məbləğində ziyan dəyməklə balans dəyəri 163 min 388 manat olan 1584 baş xırda buynuzlu heyvanın çatışmazlığı aşkar olunub. Habelə ilkin balans dəyəri 25 min 655 manat olan 3217 baş doğulacaq xırda buynuzlu heyvan uçotdan gizlədilib.

Həmin qanunsuz hərəkətlərin qeyd edilən cəmiyyətin vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqelərindən istifadə etməklə törədilməsində şübhələr üçün əsaslar yarandığından fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 2883 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +