Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı
Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi


16.09.2025  11:56 

Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda





A+  A-

Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevin cinayət işi üzrə məhkəmə növbəti prosesi keçirilib.

XəzərNews.az "Unikal"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı cinayət işi üzrə təqsirləndirilən Saleh Novruzinin 10 il, Yadulla Balışovun 10 il 6 ay, Tahir Vəliyevin isə 10 il müddətə azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmə 23 sentyabrda müdafiəçilərin çıxışı ilə davam edəcək.

Qeyd edək ki, ötən ilin may ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.

Fakt üzrə Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.

İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.


Xəbər 5625 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +