MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir
Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi


29.08.2025  14:53 

Rusiyada Məmədəli Ağayevə iş açıldı





A+  A-

Moskva Akademik Satira Teatrının keçmiş direktoru Məmədəli Ağayevə qarşı külli miqdarda dələduzluq ittihamı irəli sürülüb.

XəzərNews.az xəbər verir ki, bu barədə TASS-a Moskva prokurorluğundan bildirilib.

“Paytaxt teatrlarından birinin keçmiş direktoru bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq, xüsusilə külli miqdarda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) dələduzluqda ittiham olunur”, - istintaq orqanının məlumatında deyilir.

Bildirilib ki, tamamlanan işlərlə bağlı uydurma hesabatlar əsasında təqsirləndirilən şəxs və onun “əlaltıları” 20 milyon rubla yaxın (təxminən 422 min manat) vəsaiti məniməsiyblər:

“Yaxın vaxtlarda onun barəsində qabaqlayıcı tədbir seçiləcək”.

Qeyd edək ki, 1952-ci ildə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində dünyaya gəlmiş M. Ağayev 1985-ci ildən Moskva Akademik Satira Teatrında baş inzibatçı, rejissor köməkçisi, direktor müavini, idarəedici direktor vəzifələrində çalışıb. O, 1992-ci ilin noyabrından 2021-ci ilin dekabrınadək isə Moskva Akademik Satira Teatrının direktoru olub.

Xəbər 2605 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +