Sabah da qar yağacaq
Üç israilli girov Qırmızı Xaç işçilərinə təhvil verildi
Təhsil eksperti azadlığa buraxıldı
Ramin İsmayılov işdən çıxarıldı
“Gərək “Azərişıq“da da adamın olsun“
Yol polisi sürücülərə müraciət etdi
İşləyən vətəndaşların pensiyaları necə artırılacaq?
Bu ərazilərdə evlər ucuzlaşacaq
“Qlobal” Media Qrupun saytlarına yenə hücum EDİLDİ
Şahin Bağırov yeni rəis təyin etdi


16.08.2018  11:48 

İlin əvvəlindən əhalinin sayı 38 min nəfər artıb





A+  A-

İlin əvvəlindən ölkə əhalisinin sayı 38 min 49 nəfər artaraq iyul ayının 1-i vəziyyətinə 9 milyon 936 min 134 nəfərə çatıb.
XəzərNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin bir kvadratkilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 66 min 166 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib. Doğulan körpələrin 1238-i əkiz, 45-i üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Bu ilin birinci yarısında ölkədə 29 min 292 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-dən 6-ya qədər azalıb. Altı ay ərzində qeydiyyat şöbələri tərəfindən 27 min 525 nikah və 7 min 219 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

Xəbər 1418 dəfə oxunub.




22.02.2025  16:09 

Sabah da qar yağacaq

22.02.2025  15:42 

Viktor Qonçarov həbs EDİLDİ

22.02.2025  11:51 

Bakıda evdə qumbara aşkarlandı

22.02.2025  10:01 

Bu ərazilərdə evlər ucuzlaşacaq

21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı


BÜTÜN XƏBƏRLƏR +