Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


13.10.2021  10:44 

“40 minə yaxın tələbəyə kredit vermək mümkün olacaq” - Nazir





A+  A-

Təhsil Tələbə Krediti Fondunun Nizamnaməsi təsdiq edilib. Hazırda fondun nizamnamə kapitalı 80 milyon manatdır. Sistem yaxın zamanlarda işə düşəcək. Tamamilə elektron olan sistem digər sistemlərə inteqrasiya olunub. Ona görə də həssas qruplara aid ailələrin övladları rahat şəkildə sosial kredit alacaq. Digər tələbələr isə standart kreditlər götürəcək.

XəzərNews.az ​ xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Təhsil naziri bildirib ki, sistem tamamilə şəffafdır. Tələbələr FİN nömrələrini daxil edərək sistemə qoşulacaq,​ inteqrasiya olunmuş sistemlərdən tələbə, onun ailəsi ilə bağlı lazım olan məlumatlar toplanılır. Əgər ailədə əlilliyi olan şəxs varsa, ünvanlı sosial yardım alırlarsa, bu halda tələbə sosial kredit, digər hallarda isə standart kredit ala biləcək. Bütün bu proses, sadəcə bir neçə saniyə ərzində baş verəcək. Müvəkkil banklar tərəfindən həyata keçirilən proses nəticəsində 40 minə yaxın tələbəyə kredit vermək mümkün olacaq:

“Kredit bir məcburiyyət yox, imkandır. Ötən illə müqayisədə bu il bu imkan yaradılıb. Əgər tələbə müraciət edərsə, ona kredit veriləcək. Kimsə tələbə krediti mütləq almalıdır, demir. Amma tələbənin təhsilini maliyyələşdirmək imkanı yoxdursa, onda tələbə kreditinə müraciət edə bilər. Kreditlər uzunmüddətlidir, sosial xarakter daşıyır. Orada bir neçə güzəşt də nəzərdə tutulub. Əgər yaxşı oxuyurlarsa, onlara faiz və ya əsas hissədə güzəşt edilir. Kreditini təhsil aldığı müddətdə ləğv etdirmək imkanı isə tələbəyə oxumaq, savadlı olmaq, ixtisasa yiyələnmək, gələcəkdə ölkəmizin inkişafına töhfə vermək üçün stimul verir”.


Xəbər 1904 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +