Söyüdlər məhəlləsində qaz niyə kəsilib?
Zelenski Keyr Starmerlə görüşüb
Ermənistan buna görə məsuliyyət daşıyır - Hacıyev
İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan


06.10.2021  17:02 

LƏNƏT etmək olarmı?





A+  A-

Lənət Allahın mərhəmətindən və nemətlərindən məhrum olmaq deməkdir. Bütün varlıq aləmi İlahi rəhmətə və İlahi nemətlərə möhtacdır.

Bunlardan məhrum olmaq ən böyük bədbəxtlikdir. Lənət etmək öz-özlüyündə günah deyildir.

Quranda kafirlərə (Bəqərə, 89; Əhzab, 64), İblisə (Sad, 78), münafiqlərə (Əhzab, 60-61), zalımlara (Hud, 18), yer üzündə fəsad yayanlara və qohumlarla rabitəni kəsənlərə (Mühəmməd, 22-23) lənət deyilir.

Həmçinin, Quran ayələrindən məlum olur ki, Allah, mələklər və bütün insanlar kafir və zalım dəstələrə lənət edərlər (Ali-İmran, 87). Buradan aydın olur ki, bəzi radikal cərəyanların iddia etdiyi kimi, lənət etmək bütünlükdə günah deyil.

Amma lənətə layiq olmayan şəxsə lənət oxumaq günah işdir. İnsan nə qədər qəzəbli olsa da, haqq-ədaləti qorumalı və layiq olmayan şəxsə lənət deməməlidir. Bir möminə lənət demək Allahın qəzəbinə səbəb olar. Yerli-yersiz lənət oxumaq və bəd-dua etmək son dərəcə bəyənilməz işdir, dilə aid olan günahlardandır. /islam.az/


Xəbər 2121 dəfə oxunub.



01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +