10.08.2017 09:07
Xərçəngə qarşı daha bir vasitə
Tayvandakı tibb universitetində ağciyər xərçəngini araşdıran alimlərin fikrincə, yaşıl çay içmək bu xəstəliyə qarşı müəyyən qoruma xüsusiyyətinə malik ola bilər.
XəzərNews.az Milli.az-a istinadən xəbər verir ki, 500 adam üzərində aparılan təcrübə işi göstərib ki, bu çayın xərçəng əleyhinə xeyri var.
Araşdırma işi zamanı siqaret çəkənlərlə çəkməyənlərə gündə bir stəkan yaşıl çay verilib. Nəticədə xərçəng risqinin qarşısı əhəmiyyətli şəkildə alınıb.
Qoruma həddi bəzi genlərə malik adamlarda daha yüksək olub.
Amma xərçəng üzrə alimlər deyirlər ki, bu araşdırma işinin nəticəsi siqaret çəkmənin səhhət üçün pis olması faktını dəyişməyib.
Gündə bir stəkan
Yaşıl çay Asiyada yetişən Camelia sinesis adlı bitkinin qurudulmuş yarpaqlarından əldə edilir.
Dünyanın başqa yerlərindən fərqli olaraq Asiyada xərçəngə yoluxma səviyyəsi xeyli aşağıdır.
Laboratoriya araşdırmaları göstərib ki, yaşıl çaydan əldə edilən və polifenollar adlanan ekstraktlar xərçəng hüceyrələrinin inkişafının qarşısını ala bilər.
Amma araşdırma işləri arasında müəyyən ziddiyyət var. Bəziləri qoruyucu efektin olduğunu nümayiş etdirsə də, başqaları buna dair heç bir dəlil ortaya qoya bilməyib.
2009-cu ilin iyul ayında Oksfordda yerləşən Cochrane tədqiqat qrupu 51 araşdırma işinin nəticələrini açıqlayıb. Bu işlər yaşıl çay və xərçənglə bağlı olub.
Nəticələrdən bəlli olub ki, yaşıl çayı mütəmadi olaraq içmək təhlükəsizdirsə, onun xərçəngin müəyyən növlərinin qarşısını ala biləcəyinə dair iddialar müxtəlifdir.
Azaldılmış risq
Shan Tibb Universitetindən Dr İ-Hsin Lin aşkar edib ki, siqaret çəkənlərlə çəkməyənlər arasında yaşıl çay içməyənlərin ağciyər xərçənginə tutulma risqi gündə ən azı bir dəfə bu çayı içənlərdən beş dəfə çoxdur.
Siqaret çəkənlər arasında yaşıl çay içməyənlər üçün bu risq 12 dəfə çox ola bilər.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, risqin azaldılmasında bəzi genlərin də əhəmiyyəti var.
Britaniyada yerləşən Cancer Research təşkilatından Yinka Ebo deyib ki, bu araşdırma işinin nəticəsindən siqaret çəkməyi davam etmək üçün bəhanə kimi istifadə etmək olmaz.
"Tütün sizin ciyərlərinizi 80 növ xərçəng yarada bilən kimyəvi maddələrlə doldurur. Yaşıl çay içmək bunu kompensasiya etməyəcək. Əfsuslar olsun ki, sağlam qidalanma, balanslı pəhriz kimi şeylərlə siqaretçəkmənin nəticəsi olaraq dəyən ziyanın qarşısını almaq qeyri-mümkündür. Siqaret çəkən şəxsin ağciyər xərçəngi risqinin qarşısını almaq üçün özü üçün edə biləcəyi ən böyük xeyirli iş bu vərdişdən əl çəkməkdir.
Xəbər 1457 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|