Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


08.08.2017  09:35 

Qəza törədən “AA” seriyalı maşın haqda yeni xəbər





A+  A-

Xəbər verdiyimiz kimi, bazar günü Bakıda ağır yol qəzası baş verib. Xəzər rayonu ərazisində - dəniz sahilinə gedən yolda 90 AA 159 dövlət qeydiyyat nişanlı "Lexus" yolu keçən piyadanı vurub. Ağır xəsarət alan 45 yaşlı kişi hadisə yerində ölüb.
XəzərNews.az xəbər verir ki, Avtosfrer.az saytının yazdığına görə, avtomobil yüksək sürətlə hərəkət edirmiş. Məlum olub ki, 90 AA 159 dövlət nömrə nişanı “VAZ” markalı avtomobilə məxsus olub. Bu nömrə DYP-nin mərkəzi məlumat sistemində “Belrustroy” MMC-yə məxsus “VAZ” markalı avtomobilin üzərində qeydə alınıb. Lakin “Lexus”un sahibi qanunsuz olaraq başqa nəqliyyat vasitəsinə məxsus nömrə ilə sürət həddini aşarkən piyadanı vurub öldürüb.

Qeyd edək ki, bəzi imkanlı şəxslər avtomobilinə AA seriyalı nömrə almaq üçün daimi fəaliyyəti olmayan şirkət yaradırlar. Çünki DYP AA seriyalı nömrələri yalnız hüquqi şəxslərə verir. Nömrəni əldə etdikdən sonra onu bəzən bir neçə avtomobilin üzərinə bağlayıb sürürlər. Bəzən isə üzərində AA seriyalı nömrə olan ucuz avtomobilləri nömrə qarışıq alaraq sonradan həmin nömrədən öz məqsədləri üçün istifadə edirlər. İstifadə olunmayan “VAZ”a məxsus avtomobilin nömrəsindən istifadə edir, qaydaları pozur, elektron protokollar – MMX-lar da “VAZ”a tətbiq olunur. Lakin bu cərimələr illərlə ödənilmir. Yol polisi də həmin cərimələri ödətdirmək üçün avtomobilin özünü saxlamalıdır. Lakin avtomobil sürülımədiyi üçün onu tapmaq mümkün olmur. Beləcə, hər il belə işbazlara görə yüzlərlə cərimə ödənilmir. Və bu cür əməllərə əl atanlara elə gəlir ki, AA seriyalı nömrə ilə qəzaya düşmək olmur, qaydaları da tapdalamaq olar. Amma qəza qaçılmazdır. Necə ki, 90 AA 159-u idarə edən sürücü belə bir halla üzləşib.

Xəbər 1642 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +