Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


13.02.2017  13:40 

Deputatın bankı MTN rəhbərliyinə xidmət edib - Xaricə 500 milyon dollar vəsait çıxardıb





A+  A-


Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cinayət yolu ilə ölkədə qazandıqlarını xarici ölkələrə, xüsusilə, ofşor zonalara çıxarması sirr deyil 

Qeyd edək ki, hələ bir müddət bundan əvvəl Gununsesi.info-nun araşdırması zamanı Eldar Mahmudovun həbs edilməməsinin səbəbi kimi xaricə çıxardığı 5 milyarda yaxın vəsaitin geri qaytarılması ilə bağlı prosesin getməsi göstərilmişdi.

Saytımızın sabiq nazirin qanunsuz əməlləri ilə bağlı araşdırmalarında Eldar Mahmudovun “Texnikabank”ı ələ keçirməsindən sonra təkcə bu bank vastitəsi ilə xaricə 2 milyard pul çıxarması barədə məlumat da üzə çıxmışdı.

Sabiq nazirin cinayətləri ilə bağlı araşdırmamızda onun adına bağlı olduğu deyilən “Muğanbank”la bağlı da məqamlarü zə çıxıb. “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin ailə bankı olan “Muğanbank”ın adı MTN-lə əlaqələndirilsə də ancaq o bunu təkzib etmişdi.

Eldar Mahmudovun nazir vəzifəsini itirənədək son 6 ildə “Muğanbank” vasitəsilə müxtəlif tarixlərdə xaricə 500 milyon dollar vəsait çıxardığı əks olunur. Bu pullar sabiq nazirin oğlu Anar Mahmudovun holdinqinə daxil olan şirkətlər və onlara yaxın digər şəxslərin adı ilə köçürülüb.

Saytımızı bilgiləndirən mənbə onu da deyib ki, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda “Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev bu köçürülmə faktı ilə bağlı istintaqa şahid qismində cəlb olunub.

Məsələ ilə bağlı Elmir Mehdiyevin də mövqeyini işıqlandırmağa hazırıq.



Xəbər 1594 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +