Pezeşkian məmurları sərt tənqid etdi
Sərhədlərlər bağlı YENİLİK
Ukrayna 7 milyard ayırdı, buna görə...
Ərdoğan Mixail Kavelaşvili arasında görüş keçirilib -FOTOLAR
Rusiya ordusu bu rayonları ələ keçirib
DOST Mərkəzinə direktor təyin edildi -FOTO
Avtobusda yanğın, ölənlər var
ABŞ bu ölkənin gəmisini vurdu -FOTO
Tanınmış müğənni vəfat etdi -FOTO
Həbs edilən Ramiz Mehdiyevin PARLAQ KARYERASI - DOSYE


25.05.2022  11:52 

Putin hansı halda devrilə bilər?





A+  A-

Qərbin Rusiyanı analiz etməklə bağlı ciddi problemləri var: Müharibə başlayandan bəri (hətta müharibədən öncə də) ən çox yayılan tezislərdən biri o idi ki, Rusiya hərbçilərin itkilərinə, iqtisadi çətinliklərə görə çox tez bir zamanda çökəcək, orta statistik rus vətəndaşı insan itkilərinə və iqtisadi çətinliklərə görə ayağa, etiraza qalxıb Putin rejimini devirəcək – çox yanlış analiz və gözləntidir.

Bu haqda dəfələrlə yazmışam, publik danışmışam, Rusiya yaranandan bəri bütün hakimiyyətləri insan həyatını heçə sayıblar, onlar üçün əsgər-zabit ölümləri faciə deyil də, ancaq statistikadır. İqtisadiyyata gəldikdə isə orta statistik rus deyir ki, ac olaram, amma torpaqlarımı qaytararam, yoxsul olaram, amma İmperiyamızı quraq – yəni, bu gün müharibəni başlayan, aparan “kollektiv” Putindir, o rus cəmiyyətinin, orta statistil rusiyalının sözçüsü, onların arzularının ifadəçisidir.

Ukrayna və Qərb mətbuatı həm də müharibəni başqa cür təqdim edir, sanki artıq Ukrayna tam qələbə qazanır, lap az qalıb, hər gün Arestoviç milli “valeriyanka”, ölkədaxili sakitləşdirici “həb” rolunda çıxış edir, hər şeyin yaxşı olduğunu-olacağını söyləyir. Amma...

2022-ci il fevralın 24-nə qədər Rusiya Ukraynaın 7% torpağını işğal etmişdi – bura Krım və iki qondarma “respublikanın” əlində olan ərazilər daxil idi. Həmin günə işğal olunan torpaqların ümumi sahəsi 43.300 km2 idi (Azərbaycanın yarısı qədər), bu günə, müharibədən 3 ay keçəndən sonra Rusiyanın işğal etdiyi ərazinin həcmi 125.570 km2-dir, Rusiya Ukrayna ərazisinin 20,8%-ni işğal edib – bu ərazi Macarıstanin, Bolqarıstanın ərazisindən böyükdür.

Bu gün Qərb hələ də düşünür ki, Rusiya Ukraynada 30, 40, 50, 100 min itki versə, müharibə dayana bilər – məncə, səhv analizdir. Rusiyanı müharibəyə son verməyə vadar edən tək məsələ tutduğu ərazilərin böyük bir qismindən vurulub-çıxarılması ola bilər – məhz bu faktor, torpaq itkisi orta statistik rusiyalıya təsir edə bilər. Əgər yaxın 2 ay ərzində Ukrayna ordusu Xerson və Zaparojye viyalətlərinin ərazisini işğalçı Rusiya ordusundan təmizləyə bilməsə, Rusiyada heç bir daxili etiraz olmayacaq, çünki əsrlərdir İmperiya düşüncəsi ilə zəhərlənən toplum ölkələrinin “uğur hekayəsini” rifahda, azad yaşamaqda deyil də, torpaq almaqda görür...

Natiq Cəfərli

Xəbər 6147 dəfə oxunub.



15.10.2025  01:55 

Sərhədlərlər bağlı YENİLİK

15.10.2025  01:50 

Ronaldo rekordu yenilədi

15.10.2025  01:30 

Avtobusda yanğın, ölənlər var

15.10.2025  00:35 

Tramp Makronu ələ saldı

15.10.2025  00:32 

Bu ərazidə qaz olmayacaq

15.10.2025  00:28 

İnstaqramda yeni qayda

15.10.2025  00:21 

Kiyev işıqsız qaldı

15.10.2025  00:12 

Güclü zəlzələ baş verdi

14.10.2025  17:26 

Sabiq başçı həbsdə qaldı -FOTO


BÜTÜN XƏBƏRLƏR +