Pezeşkian məmurları sərt tənqid etdi
Sərhədlərlər bağlı YENİLİK
Ukrayna 7 milyard ayırdı, buna görə...
Ərdoğan Mixail Kavelaşvili arasında görüş keçirilib -FOTOLAR
Rusiya ordusu bu rayonları ələ keçirib
DOST Mərkəzinə direktor təyin edildi -FOTO
Avtobusda yanğın, ölənlər var
ABŞ bu ölkənin gəmisini vurdu -FOTO
Tanınmış müğənni vəfat etdi -FOTO
Həbs edilən Ramiz Mehdiyevin PARLAQ KARYERASI - DOSYE


16.03.2018  14:39 

Seçkidə səsverməyə getməyənlərə CƏZA - Pul cərimələri...





A+  A-

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçici fəallığının yüksək olması arzulansa da, qanunvericilk seçkidə iştirak etməməyə görə ölkə vətəndaşlarına heç bir sanksiya və cərimə tətbiq etmir.
Amma dünyanın bəzi ölkələrində seçkilərlə bağlı müəyyən qaydalar qəbul olunub. XəzərNews.az Modern.az-a istinadən bəzi xarici ölkələrdə seçkidə iştirak etməməyə görə tətbiq edilən cəza və qərarları təqdim edir.

Bəzi ölkələrdə səsvermə ictimai qınaq, digər ölkələrdə isə cərimə, həbs cəzası və seçici hüququnun məhrum olunması ilə müşayiət olunur.

Avstraliyada 1924-cü ildən seçkilərdə mütləq iştirak tələb olunur. Seçkiyə qatılmamağa görə 13 dollar cərimə tətbiq olunur. Cərimələnmək istəməyən seçicilər yerli seçki mərkəzinə səsvermədə iştirak etməməsinin səbəbini izah etməklə bundan yayına bilər.

Argentinada isə yaşından və tutduğu vəzifədən asılı olaraq səs verməyən şəxslər 20 dollardan 200 dollara qədər cərimə olunurlar. Bundan başqa, belə şəxslər 3 il müddətində dövlət vəzifəsi tutmaq şansından da məhrum edilir.

Belçikada səsvermə məcburidir. Bu qanun 1893-cü ildən qüvvədədir. Səsverməyə getməyən seçici ilk dəfə 50 avro, növbəti dəfə bu hal təkrar olunduqda isə 125 avro cərimə olunur. Dördüncü dəfə bu hal təkrar olunarsa, vətəndaş 10 il müddətiunə seçki hüququndan məhrum olunur və dövlət vəzifəsi tuta bilmir.

Braziliyada seçkilərdə iştirak etməmə halları cərimə və seçkilərə qatılmama səbəblərinin yazılı halda izahı ilə müşayiət olunur.

Yunanıstanda seçki vaxtı ölkə ərazisində olmamaq üzrlü səbəb sayılmır. Cərimə ilə yanaşı, yunanlarda seçicinin 1 aydan 1 ilə qədər həbsi, yüksək vəzifəli şəxslərin isə rütbə və postlarını itirməsi halları qeydə alınır.

Misirdə cərimə məbləği 1 dolları keçmir, lakin təkrar halda buna görə həbs tətbiq oluna bilər.

Lüksemburqda seçkiyə gəlməməyə görə 80 dollar, ikinci dəfə bu hal təkrar olunsa 240 dollar cərimə tətbiq edilir. Bəzi hallarda seçkiyə getməyən şəxs dövlət və bələdiyyə üzvlüyündən məhrum olunur.

Pakistanda səs verməmə 60 dollar cərimə ilə cəzalandırılır. Bundan başqa, bu hal çox təkrar olunarsa, həmin şəxsi 5 ilə qədər həbs gözləyir.

Serbiya Respublikasında seçkilərdə iştirak etməmək pul cəriməsi ilə nəticələnir.

Türkiyədə isə cərimə təxminən 11 manat (22 lirə) təşkil edir.

Avstriya, Almaniya, Kipr və İtaliyada isə səsverməyə getməmək 25-70 avro arasında cərimə ilə nəticələnir.

Xəbər 3072 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.10.2025  01:55 

Sərhədlərlər bağlı YENİLİK

15.10.2025  01:50 

Ronaldo rekordu yenilədi

15.10.2025  01:30 

Avtobusda yanğın, ölənlər var

15.10.2025  00:35 

Tramp Makronu ələ saldı

15.10.2025  00:32 

Bu ərazidə qaz olmayacaq

15.10.2025  00:28 

İnstaqramda yeni qayda

15.10.2025  00:21 

Kiyev işıqsız qaldı

15.10.2025  00:12 

Güclü zəlzələ baş verdi

14.10.2025  17:26 

Sabiq başçı həbsdə qaldı -FOTO


BÜTÜN XƏBƏRLƏR +