“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


10.07.2021  11:28 

Ermənistanda merə qarşı 15 cinayət işi başlanılıb





A+  A-

Ermənistanın Gorus şəhərinin meri Aruş Aruşanyan barədə 15 cinayət işi başlanılıb.
XəzərNews.az “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, hazırda ölkənin iki istintaq orqanı - Xüsusi İstintaq Xidməti və İstintaq Komitəsi onun məsələsi ilə məşğul olur.

Məlumata əsasən, bütün bunlara baxmayaraq istintaq orqanları Aruşanyanı dindirilməsi üçün tapa bilmirlər. Belə ki, bu yaxınlarda ölkə polisi müvafiq çağırış vərəqəsi ilə onun evinə yollanıb. Lakin onun evdə olmadığı deyilib. Bu zaman polislər çağırış vərəqəsini Gorus bələdiyyəsinə göndəriblər. Burada isə onlara Aruşanyanın istirahətdə olduğu deyilib.

Nəşr yazır ki, haqqında çox sayda cinayət işi açılan Aruşanyanın bu yaxınlarda yenidən polis bölməsinə dəvət edilməsi qaçınılmaz görünür.

Qeyd edək ki, iyulun 7-də A. Aruşanyan polis tərəfindən saxlanılmışdı. Onun vəkili Erik Aleksanyanın verdiyi məlumata görə, o, bölmədə şahid olaraq dindirilib və elə həmin gün sərbəst buraxılıb. Vəkil, həmçinin qeyd edib ki, Aruşanyan seçicilərin pulla alınması ilə bağlı başladılmış cinayət işi çərçivəsində saxlanılıb.

Xatırladaq ki, son günlər Ermənistanda merlərlə bağlı məsələ gündəmdədir. Belə ki, Mehri şəhərinin meri Mxitar Zakaryan istefa verib.

Mehrinin icma rəhbərinin müavini Armen Samvelyanın sözlərinə görə, Zakaryanın istefası parlamentdə deputat kimi mandat qazanması ilə əlaqədardır.

Xəbər 3310 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +