“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


15.08.2020  22:16 

Yerləri və göyləri ağladan ay – Məhərrəm





A+  A-


Bir neçə gündən sonra islam aləmində haram hesab edilən aylardan biri – müqəddəs Məhərrəm ayı başlayır. İslamın mötəbər mənbələrində bu ayın fəzilətləri haqda kifayət qədər yazılıb, yazılır və yazılacaqdır. Çünki yerləri və göyləri ağladan bu ay o qədər dolğun və bitkin bir aydır ki, hər dəfəsində insanı düşündürən, onu öz Yaradanına daha sıx məhəbbətlə bağlayan yeni-yeni səhifələr açılır.

Hələ Sovet dönəmində ciddi qadağalara baxmayaq, dindarlarımız bu ayın hörmətini ləyaqətlə saxlamış, imkan daxilində dini ayinləri qeyri-leqal da olsa, icra etməyə çalışmışlar. Bu da heç şübhəsiz ki, insanlarımızın öz dini etiqadlarına sadiqliyindən irəli gələn mənəvi öhdəlikdir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra hər ilin Məhərrəm ayı daha böyük izdiham və coşqu ilə keçirilməkdədir. Təəssüf hissi ilə bildirməliyik ki, bu il mövcud vəziyyətlə bağlı olaraq Məhərrəm ayını bir qədər fərqli, yəni bu ayın ümumi ruhuna xələl gətirməmək şərtilə - keçirmək məcburiyyətindəyik.

Bu il Məhərrəm ayının pandemiya dövrünə təsadüf etməsi və bununla bağlı müəyyən qadağaların hələ də mövcud olması təbii ki, ötən illərlə müqayisədə məcburi gediş kimi bəzi fərqliliklərin olmasını istəyimizdən asılı olmayaraq qaçılmaz etmişdir. Əlbəttə, bununla bağlı bir sıra məcburi addımların atılması ilk növbədə insan amili, yəni bilavasitə onun və yaxınlarının sağlamlığından dolayı olan məsələlərdir. Bu baxımdan, inanclı insanları ən çox maraqlandıran suallardan biri də Məhərrəm ayında əzadarlıq mərasimlərinin hansı formada keçirilməsindən yanadır.

Heç kəsə sir deyil ki, mövcud vəziyyətdə insanların qapalı məkanlarda (əsasən də məscidlərdə) toplanması koronavirus infeksiyasının daha çox yayılmasına səbəb ola bilər. Bunun fəsadlarının aradan qaldırılması isə heç şübhəsiz, əlavə zaman tələb edəcək ki, bu da yolverilməzdir. Məhz, buna görə də mövcud vəziyyəti nəzərə alıb, ona müvafiq olaraq gərəkən addımlar atmaq hər birimizin vətəndaşlıq borcu olmalıdır, yəni Operativ Qərargahın müəyyən etdiyi qaydalara, verdiyi tövsiyələrə qeyd-şərtsiz əməl edilməlidir. Bu məsələdə dindarlarımız, inanclı şəxslər daha da nümunəvi olub, dövlətimizin qoyduğu qərarlara dəstək nümayiş etdirməlidirlər. Məlum olduğu kimi, dinimizdə də insan sağlamlığı, onun rifahı xüsusi əhəmiyyət kəsb edir. Hər bir insan öz sağlamlığını qorumalı, keçici xəstəliyi varsa və ya ona yoluxubsa, o zaman bunu digər dindaşlarına ötürülməsində vasitəçi olmamalıdır, bu, bütün mənalarda yolverilməzdir. Bununla da həm vətəndaş, həm də bir müsəlman olaraq üzərinə düşən insanlıq borcunu yerinə yetirməyə çalışmalıdır. İslam şəriətində bu cür hallar barəsində kifayət qədər göstərişlər vardır. Şübhəsiz ki, inanclı kəsimin həm dinimizin, həm də dövlətimizin qoyduğu qanunlara riayət etməsi məscidlərin daha tez açılmasına xidmət edəcək, bu da böyük bir örnək addım olacaqdır.

İnanıram ki, bu il sosial şəbəkələrə çıxışı olan bütün din xadimləri virtual olaraq mərasimləri əvvəlki illərdə olduğu kimi, nümunəvi şəkildə təşkil edəcək, məscidlər bağlı olsa belə, insanlar bu boşluğu hiss etməyəcəkdir. AR Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev avqustun 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində çıxış edərək demişdir: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qarşıdan gələn Məhərrəm ayı ilə əlaqədar açıqlama verilib: “Mömin insanlarımızın hisslərinə və inanclarına çox böyük hörmətlə yanaşırıq. Məhərrəm ayı ilə əlaqədar hər zaman ölkəmizdə dini mərasimlər keçirilib. Əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi digər ölkələrin təcrübəsi, bu ölkələrdə keçirilən dini tədbirlərlə bağlı şərtlər öyrənilir, həmçinin bu dövlətlərdən olan həmkarlarımız ilə də fikir mübadiləsi aparırıq. Ancaq Azərbaycandakı hazırkı epidemioloji vəziyyət və həmin ölkələrin təcrübəsinə əsasən, qarşıdan gələn Məhərrəm ayı ilə əlaqədar kütləviliyə yol verilməməsini vətəndaşlardan xahiş edirik”.

Hesab edirik ki, hər zaman bütün sahələrdə nümunəvi olmağa çalışan dindarlarımız bu dəfə də çıxarılan qərarlara hörmətlə yanaşacaq, həm Məhərrəmlik mərasimlərinin dəyərlərinə, həm də hökumətin mövcud vəziyyətlə bağlı göstərişlərinə riayət edəcəklər. Bunun üçün həm din xadimlərimiz, həm də dindarlarımız birgəlik nümayiş etdirməlidirlər.


Samid Quliyev

QMİ-nin fətva və moizə şöbəsinin əməkdaşı



Xəbər 4118 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb


BÜTÜN XƏBƏRLƏR +