Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


04.07.2018  14:19 

İcra Hakimiyyətindən Elmar Vəliyevin durumu ilə bağlı yeni AÇIQLAMA





A+  A-

“Elmar müəllimin də, mühafizəçi Qasım Aşbazovun da səhhəti normaldır. Mühafizəçinin ölüm xəbərinin yayılması həqiqətə uyğun deyil. Yanlış informasiya yayırlar”.
XəzərNews.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Həsən Məmmədov mühafizəçinin ölüm xəbərinin yayılmasına münasibət bildirərkən deyib.

İcra Hakimiyyətinin rəsmisi bildirib ki, icra başçısı ilə mühafizəçi eyni xəstəxanada müalicə almır.

“Elmar Vəliyev Gəncə Klinik Xəstəxanasında, Qasım Aşbazov isə Gəncə Beynəlxalq Hospitalında müalicə alır. Mütəmadi olaraq hər iki xəstəxana ilə əlaqə saxlayırıq. Heç birinin səhhətində ciddi problem yoxdur. Yayılan məlumatlar yanlışdır”.

Qeyd edək ki, 3 iyulun 3-ü axşam saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidmətlərindən daxil olan məlumata görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərksilah edilib.

Xəbər 2091 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +