Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


19.05.2018  09:11 

Şəhid ailələrinə kompensasiya verilir - İlk kimlər alacaq? + Video





A+  A-

Şəhid ailələrinə ödəniləcək pulun verilməsi ilə bağlı işlər davam etdirilir.
XəzərNews.az-ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik yardım edilməsi ilə bağlı siyahı forması hazırlanıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən hazırlanan siyahının forması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim edilib.Ödənişin hansı şərtlərlə həyata keçiriləcəyi dəqiqləşib.

Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin şöbə müdiri Fuad Hüseynovun sözlərinə görə, həmin qurumlardan rəsmi cavab alındıqdan sonra vərəsələrin adları nazirliyin elektoron saytında yerləşdiriləcək və sistemə elektron nəzarət mümkün olacaq.

Yəni adı siyahıda olan vətəndaş konkret olaraq növbəsini biləcək. İlkin ödənişlərin edilməsinə isə bu ilin son rübündən başlanılacağı proqnozlaşdırılır.

Varislər pulun alınması üçün nümayəndə də seçə bilər və yaxud bu vəsait hər bir varisin hesabına ayrı-ayrılıqda da köçürülə bilər.


Xəbər 1707 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +