Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


13.10.2024  15:19 

Arxa təminatda qalmağımı bildirdi, mən isə... -Müharibə iştirakçısı





A+  A-

Birinci Qarabağ müharibəsində 18 yaşlı əsgər kimi iştirak edən Kamil Duniyev 30 il sonra oğlu ilə birlikdə Vətən müharibəsində iştirak edib.

Bu gün onların hər ikisinin müharibə xatirələri bir fotoalbomda toplanıb.

Peşəkar hərbi biliklərə yiyələnən K.Duniyev 2020-ci il Vətən müharibəsi zamanı polkovnik-leytenant rütbəsində Birinci Qarabağ müharibəsində əsgəri olduğu hərbi hissəyə komandir təyin edilir.

Hərbi çağırışçı, sıravi Səfər Duniyev isə onunla eyni cəbhədə, Talış-Suqovuşan istiqamətində əsgər kimi döyüşlərə qatılır.

Onlar ön cəbhənin ayrı-ayrı istiqamətlərində vuruşsalar da, müharibənin ən qızğın anlarında, güllələr altında görüşə bilirlər.

"Müharibənin ilk günlərində Talış kəndi alınandan sonra təsadüf nəticəsində atamla qarşılaşdıq və görüşdük. Atam mənə evin tək oğlu olduğumu, bu səbəbdən mənə arxa təminatda qalmağımı bildirdi. Mən isə döyüş yoldaşlarımla bir yerdə müharibədə iştirak edəcəyimi söylədim", - deyə müharibə iştirakçısı Səfər Duniyev bildirib.

Döyüşlər zamanı Talış kəndi ərazisində düşmənin basdırdığı minanın partlaması nəticəsində ata K.Duniyev ağır yaralanır, ayağının biri amputasiya edilir. Digər yaralarına görə isə hazırda da müalicə alır.

Polkovnik-leytenant Kamil Duniyev işğaldan azad olunan hər daşın, hər ağacın indi üçrəngli bayrağımızla bütövləşdiyini görməsini 30 illik hərb həyatının ən böyük mənası sayır.

Bu gün isə hər iki qazi, hər iki döyüşçü Vətən şəhidlərini ziyarət etməyi özlərinin müqəddəs borcu hesab edirlər.

Daha ətraflı Baku TV-nin materialında:



Xəbər 4679 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +