Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


18.09.2024  13:37 

Jurnalistdən yazıçıya sərt sözlər: “Bircə anan qalmışdı, onu da...”





A+  A-

Aydın Xanı ən azı 25 ildi tanıyıram. İndi olduğu kimi o vaxt da fəal idi. Hansı tədbirə gedirdimsə, birinci onu görürdüm. Hamıdan əvvəl gəlib hamıdan sonra gedirdi...

Sözsüz ki, Aydın Xan ölkədə azsaylı yenilikçilərdəndir. İntellektual səviyyəsi yüksəkdir, daim öz üzərində işləyir. Təkcə öz üzərində işləməklə yetinmir, həm də başqalarının intellektual səviyyəsini artırmağın qeydinə qalır. Elektron kitabxana layihəsi Aydının Azərbaycan oxucusuna ən böyük töhfəsidir. Biz dəyər verməsək də, gələcək nəsillər onun bu yaxşılığını unutmayacaq.

Aydın Xan həm də Azərbaycan televiziyalarının vazkeçilməz ekspertlərindən biridir. Çünki həmişə deməyə sözü var. "Yuxarıda bığ, aşağıda saqqal var" deyib nala-mıxa vurmur. Düşündüyünü deməkdən çəkinmir, həmişə hadisələrə fərqli baxışı ilə seçilir. Əminliklə deyirəm, Aydın öz xoşbəxtliyini cəmiyyətin xoşbəxtliyində axtaran adamlardandır.

Təxminən 10-12 il əvvəl Aydınla birlikdə "Lider" televiziyasının səhər proqramında qonaq olmuşduq. Bizə yarım saat vaxt ayırmışdılar. Hər ikimizin danışmağa meylli olduğumuzu bildikləri üçün efirdən əvvəl bunu şəxsən diqqətimizə çatdırmışdılar.

Aradan xeyli vaxt keçib, hansı mövzunu müzakirə etdiyimiz dəqiq yadımda deyil. Amma xatırlayıram ki, mən mentaliteti, milli-mənəvi dəyərləri müdafiə edirdim, Aydın isə yenilik tərəfdarı kimi çıxış edirdi. Maraqlı müzakirə gedirdi. Veriliş başa çatandan sonra bildik ki, rəhbərlik də proqramını izləyirmiş. Söhbət xoşlarına gəldiyi üçün biz efirdə olanda 30 dəqiqənin üstünə 40 dəqiqə də əlavə ediblər...

Aradan 10-12 il keçib, amma Aydın heç dəyişməyib. Yenə sözü üzə deyir, yenə çoxumuzun deməyə cəsarət etmədiklərini deyir. Hətta bəzən deyilməli olmayan sözləri də deyir.

Bu gün olduğu kimi...

Aydın Xan "Yeni Sabah"a açıqlama verib. Kifayət qədər aktual problemlərdən danışıb, gənc xanımların təbii yolla ana olmaq istəməməsini tənqid edib, diqqəti ana südü ilə bəslənməyən uşaqların gələcəkdə üzləşəcəyi problemlərə yönəldib. Arada səmimiyyətin kulminasiya nöqtəsinə çatıb. Əmin olmadığı, bilmədiyi məsələlərdən danışıb. Görün nə deyib: "Anam 8 övladı iynəsiz-kənar müdaxiləsiz doğdu, heç biri ölüb eləmədi, hələ abort etdiklərini demirəm..."

Aydının məlum açıqlamada qaldırdığı problem qalıb kənarda, indi hamı onun anasından danışır.

Bir anası qalmışdı, onu da müzakirəyə çıxardı...

Dostum, biz o qədər intellektual cəmiyyət deyilik ki, məsələnin mahiyyətini öyrənib sonra danışaq. Biz əvvəl danışırıq, sonra nə baş verdiyini aydınlaşdırmağa çalışırıq.

Əvvəllər Sartrdan, Folknerdən, Drayzerdən sitat gətirirdin, son vaxtlar bütün misalları anandan çəkirsən. Dəyişiklik yaxşıdır, amma həmişə faydalı deyil.

Ara yerdə ananı bada verirsən...

Seymur VERDİZADƏ

Xəbər 3656 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +