“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


16.02.2017  10:37 

Azərbaycanda 2000-ci ilin güclü zəlzələsi təkrarlana bilər





A+  A-


Maqnitudası 4,5 baldan artıq olan zəlzələlər eyni bölgədə 17 ildən sonra yenidən təkrarlana bilər.

XəzərNews.az-ın Trend-ə istinadən xəbərinə görə, bunu AMEA-nın Yer Elmləri Bölməsinin rəhbəri, Geologiya və Geofizika İnstitutunun Seysmologiya və geodinamika şöbəsinin müdiri, akademik Fəxrəddin Qədirov deyib.

F.Qədirov bildirib ki, Qafqaz, o cümlədən Azərbaycan ərazisi seysmik bölgə olduğundan burada zəlzələlərin baş verməsi gözləniləndir: ”Biz alimlərin əsas tədqiqatlarından biri də güclü zəlzələlərin nə vaxt ola biləcəyi ehtimallarını öyrənməkdir. Bu gün bu həm alimləri, həm əhalini, həm dövlət strukturlarını maraqlandıran prosesdir. Biz də öz tədqiqatlarımızı aparırıq”.

F.Qədirov bildirib ki, tədqiqatların aparılmasının müxtəlif metodları var. Metodlardan biri də baş verən hadisələrin klaster analizidir: "Biz tarixən baş verən təkanları və 1990-cı ildən bu günə kimi olan zəlzələləri analiz etmişik. Aydın olub ki, burada bir neçə klasterlər, yəni periodlar ortaya çıxır. Müşahidə olunan hadisələri zamana görə düzsək, bunların içərisindən gizli periodları tapa bilərik. Bu gizli periodları biz tapmışıq. Bunlardan biri 17, o biri isə 54 ildir. Burda söhbət maqnitudası 4.5-dən böyük olan zəlzələlərdən gedir. Bu o deməkdir ki, 17 il keçdikdən sonra maqnitudası 5-i ötən zəlzələ eyni bölgədə təkrarlana bilər. Bizim bölgəmizdə zəlzələ 6.4 maqnituda ilə olmuşdu. Bunu da biz analiz etdik və gördük ki, 17 il kifayət edir ki, həmin hadisə yenidən baş versin. Amma bu mütləq deyil, 1-2 il səhv də ola bilər. GPS tədqiqatları da göstərir ki, Abşeronun cənub tərəfində, dəniz hissəsində gərginlik toplanır. Bu elmi tədqiqatdır, amma hələ sadəcə öyrənilmə ərəfəsindədir. Eyni zamanda bu orta müddətli bir proqnozdur. Yəni qısa vaxt ərzində zəlzələni proqnoz etmək mümkün deyil”.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə bununla razı olmadığını diqqətə çatdırıb. Q.Yetirmişli bildirib ki, zəlzələlər hər hansı bir tarixi ardıcıllıq və ya statistika ilə baş vermir və səsləndirilən bütün fikirlər sadəcə ehtimallardır.

Qeyd edək ki, 2000-ci il noyabrın 25-də Azərbaycan tarixində son yüz ilin ən güclü zəlzələlərindən biri baş verib. Zəlzələ saat 21:30 radələrində Bakıda 6,8 bal gücündə hiss olunub. Zəlzələnin episentri Xəzər Dənizi sektorunda yerləşirdi. Güclü təkanlar iki dəfə dalğavari olmaqla 22 saniyə çəkib.



Xəbər 4453 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +