14.02.2017 12:14
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova 15-17 yaşlı qızların il ərzində 3 min uşaq dünyaya gətirdiyini açıqlayıb. Bu yaşda yeniyetmələrin ana olmaq kimi ağır, maddi və mənəvi məsuliyyəti öz çiyinlərinə götürməsi isə əksər hallarda ağır fəsadlarla, ailə faciələrilə nəticələnir. Qanunvericiliklə rəsmi nikah yaşını tamamlamadıqlarından bu yeniyetmələr molla kəbini ilə ailə qururlar. Qəbul edilmiş qərarlara görə isə molla, rəsmi nikah haqqında şəhadətnamə təqdim edilmədiyi halda kəbin kəsə bilməz. Amma görünən odur ki, mollalar aldıqları 50, 100, bəzən daha yüksək “şirinlik” müqabilində kəbin kəsməklə ailə dəyərlərini heçə sayırlar.
XəzərNews.az bildirir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Modern.az-ın sorğusuna cavab olaraq bu istiqamətdə görülən işlər barədə məlumat verib.
18-dən kiçik yaşda olanlar yalnız bu hallarda rəsmi nikaha daxil ola bilər
O qeyd edib ki, 2011-ci ildə “Ailə Məcəlləsi”nə edilən dəyişikliklə nikah yaşı olaraq 18 yaş müəyyən olunub:
“Bu həm xanımlar, həm də bəylər üçün eynidir. Qanunda göstərilib ki, üzrlü səbəblər olduqda bu yaş həddi 1 yaş aşağı salına bilər. Üzrlü səbəblər dedikdə, tərəflərdən birinin valideynləri xəstə olduğu halda, tibbi, sosial göstərişlər olduqda, yaxud nikaha daxil olmaq istəyən şəxsin uzun müddətə xaricə getməsinə ehtiyac yarandıqda və mütləq həmin şəxslə ailə qurmaq istədikdə və s.
Bir çox hallarda isə üzrlü səbəblərdən sui-istifadə halları artır. Elə buna görə də ilbəil 18 yaşa qədər olan şəxslərin ailə qurması, nikahdankənar doğulan uşaqların sayı da artır. Azyaşlıların münasibət qurması uşaq dünyaya gətirməsi isə üzrlü səbəbdən də olsa, icazə verilməyən bir haldır. Ona görə də bunlar qeyri-rəsmi nikahlar sayılır”.
Məcburi nikah və 4 min manat cərimə
A.Veysəlova deyib ki, nikah yaşı tamam olmayan şəxslərin ailə qurmasının qarşısının alınması üçün Komitə tərəfindən ciddi işlərə başlanılıb:
“Bildiyiniz kimi 2011-ci ildə Cinayət Məcəlləsinə dəyişik edilib. 176-cı maddədə ümumiyyətlə nikaha məcbur etmə və yetkinlik yaşına çatmayanları nikaha məcbur etmə ilə bağlı müddəa yer alıb. Kimliyindən asılı olmayaraq yetkinlik yaşına çatmayanı nikaha məcbur edənlər (valideyn, himayədar, qohum və s.) 4 min manata qədər cərimə, yaxud həbs qətimkan nəzərdə tutulub. Əvvəllər bu məsələlərlə bağlı cinayət işlərinə rast gəlinməsə də, son illər hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırmalar aparılır, cinayət işi başlanılır, lazımi cəzalar verilir. Amma nəzərə almalıyıq ki, bu yeni bir prosesdir.
Bu kimi məsələlərin qarşısının alınması üçün Komitə məktəblərdə, mədəniyyət mərkəzlərində, kənd yerlərində, açıq havada mütəmadi olaraq maarifləndirmə, təbliğat işləri həyata keçirir”.
Atası yaşda kişiyə ərə verilən qızlar...
Komitə rəsmisi erkən nikahların daha çox bölgələrdə qeydə alındığını bildirib:
“Təəssüf ki, bölgələrimizdə erkən nikahlar üstünlük təşkil edir. Xüsusilə cənub bölgəsində-Masallı, Cəlilabad, Aran zonası, Şirvan, Şəki-Zaqatala, Bakı kəndlərində erkən nikahlar nəzərəçarpacaq dərəcədə çoxdur. Bu baxımdan da biz, daha çox ehtiyac duyulan bölgələrimizdə davamlı iş aparırıq.
Azyaşlı qızlar əsasən özlərindən 9, 10, 12, 15 hətta 20 yaş böyük kişilərə ərə verilir. Bu cür qurulan ailələr isə bir müddət sonra dağılmağa məhkum olur.
Qeyd edim ki, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsilə birgə tədbirlər planı imzalayıb. Həmin tədbirlər planına uyğun olaraq din xadimləri, kənd axundları ilə iş aparılıb. Biz işimizi iki istiqamətdə qurmuşuq. Məsələ burasındadır ki, hər hansı maarifləndirmə tədbirləri zamanı mütləq şəkildə həmin kəndin, ərazinin din xadimi, mollaları da orada iştirak edir. Onlar həm həkimlərin, həm hüquq-mühafizə orqanlarının məsləhətlərini dinləyirlər. İkinci tərəfdən nəzarətin gücləndirilməsilə bağlıdır. Biz həm Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə, həm də Qafqaz Müsəlmanları İdarəsinə məhz kəbin kəsən mollalarla bağlı ciddi monitorinqlər aparılmasını təklif etmişik. Belə ki, molla, dini müəssisələrdə rəsmi nikah haqqında şəhadətnamə təqdim etmədən dini kəbin kəsə bilməz. Əks təqdirdə o məsuliyyət daşıyır. İlkin mərhələdə həmin insanların maarifləndirilməsinə, daha sonra isə məsuliyyətə cəlb olunması istiqamətində işlər aparacağıq”.
“Həmin mollar məsuliyyətə cəlb olunacaq”
Nikah haqqında rəsmi sənəd təqdim edilmədiyi halda kəbin kəsən mollaların cəzalandırılması faktlarına gəlincə, A.Veysəlova bunun Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin və hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələ olduğunu bildirib:
“Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bu cür dırnaqarası ailələrin qurulmaması üçün işlərimizi mütəşəkkil şəkildə davam etdiririk. Həmin 15-17 yaşlı uşaqların sağlamlıq məsələsi ciddi narahatlıq doğurur. Azyaşlı qızın uşaq dünyaya gətirməsi hansı məntiqə sığır. Axı onun özünün valideynə ehtiyacı var bu məqamda.
Yəni onlar fiziki baxımdan orqanizmləri tam olaraq formalaşmamış bir vəziyyətdə övlad dünyaya gətirirlər. Bu həm doğulan uşağın, həm də azyaşlı ananın öz həyatını riskə atmasıdır”.
|
23.12.2024 16:19
23.12.2024 16:09
“Zapravkalar” sürücüləri aldadır? – 10 min manat təzminat...
23.12.2024 16:01
“Nar” və “NETTY” rəqəmsal təşəbbüslərini mükafatlandırdı -Fotolar
23.12.2024 15:54
“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim”- Diplomu saxta çıxan Abdıyeva
22.12.2024 15:57
Şahin İsrafilov və dostlarının Qubadakı “sərgüzəştləri” sakinləri CANA YIĞIB – ŞİKAYƏT
22.12.2024 14:29
22.12.2024 11:31
Bu sahə bərbad durumda: Nə yol xəritəsi var, nə də standartlar
21.12.2024 23:12
4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
21.12.2024 22:58
21.12.2024 13:51
21.12.2024 13:40
21.12.2024 13:31
21.12.2024 00:45
Almaniyada Milad yarmarkasında terror: Ölən və yaralananlar var
20.12.2024 17:27
20.12.2024 15:45
20.12.2024 12:50
Qafar Dəmirçi azadlığa buraxıldı - 8 milyonluq ziyanı ödəyib
19.12.2024 18:06
19.12.2024 17:55
Ən çox şikayət olunan internet provayderləri bunlardı -SİYAHI
19.12.2024 17:49
İş adamı Məhərrəm Novruzov da ağac kəsiminə görə məhkəməlik oldu
19.12.2024 17:27
Sosial mediada yaşayan gənclik hər cür cəfəngiyyatı paylaşmağa hazırdır -Media eksperti
19.12.2024 17:12
Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Yeni Üfüqlər” adlı tədbir keçirildi -Fotolar
19.12.2024 16:23
19.12.2024 13:24
İdman kompleksinin həyətində gənc qızın meyiti tapılıb -Fotolar
19.12.2024 12:56
ABŞ-də yaşayan azərbaycanlı müğənni doğum gününü qeyd edib -VİDEO
18.12.2024 17:06
Nasazlıq, ləngimə... - Metropoliten rəsmisi: “Bu, sərnişinin günahı üzündən baş vermir”
18.12.2024 16:42
Daha bir estetik əməliyyat faciəsi – Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
18.12.2024 11:50
17.12.2024 19:47
17.12.2024 17:06
16.12.2024 18:44
16.12.2024 18:40
16.12.2024 16:55
16.12.2024 16:39