14.02.2017 11:25
Dünyada ənənəvi çap mediasından imtina tendensiyası sürətlə davam edir. Hətta qəzetlər çap versiyasından imtina edərək, “onlayn” variantında fəaliyyətlərini davam etdirilər. Ölkəmizdə də anoloji proses müşahidə olunur. Əvvəlki onilliklərlə müqayisədə köşklərdən qəzet alanların sayı azalıb. Bir vaxtlar yüksək tirajla çap olunan qəzetlər indi ciddi problemlərlə üzləşib. Şəhərdə apardığmız müşahidə belə deməyə əsas verir ki, qəzetə olan tələbat ciddi şəkildə azalıb. Təbii ki, oxucularda qəzetə olan marağı artırmaq məqsədilə bir sıra layihələr həyata keçirilib. Amma görünür effektiv olmayıb. Çünki indi elektron mətbuata olan təlabat daha çoxdur. Hazırki vəziyyət onu göstərir ki, çap mediasına qarşı azalan tələbat getdikcə qəzetlərin sıradan çıxması ilə nəticələnə bilər.
Azərbaycanda qəzetə maraq niyə azalıb?
XəzərNews.az bildirir ki, Modern.az saytı jurnalistlərin fikirlərini öyrənib.
Jurnalist Natiq Cavadlı bildirib ki, Azərbaycanda qəzetlərə marağın olmamasına müəyyən amillər təsir göstərib.
“Öncə qəzet satışında müəyyən əngəllər yaradıldı, əl yayımı sıradan çıxarıldı. Köşklərdə qəzetə marağı artıran məqamlar yox dərəcəsindədir. Daha sonra isə qəzetlərin reklam bazarı yoxdur. Həmçinin sosial şəbəkələr və portallar qəzetlərə çox ağır zərbə oldu. Ancaq bütün hallarda qəzeti alıb oxumağın ayrı ləzzəti var”.
"Şərq qəzeti”nin baş redaktoru Akif Aşırlı isə qeyd edib ki, Azərbaycanda qəzetlərə marağın azalmasını ölçən heç bir sistem yoxdur.
“Qəzetlərə marağın azalması prosesi bütün dünyada baş verir. Çap mətbuatı və qəzetlərlə yanaşı, alternativ media strukturlarının formalaşması, xüsusən də internet medianın formalaşması qəzet alıcılarına müəyyən dərəcədə təsir edib. Biz inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, çap mətbuatına təlabat müəyyən dərəcədə azalsa da, müsbət münasibət hələ də qalıb. Bildiyimiz kimi, çap mətbuatı üçün satış yerləri olmalıdır. Türkiyədə özəl və digər sturukturlar vasitəsilə onların yayım imkanları var. Azərbaycanda da bu satış sistemi formalaşır. Amma bütün qəzetləri tam əhatə edə bilmir. Qəzetlərin satış imkanları məhduddur. Bunu da nəzərə almaq lazımdır ki, rayonlara qəzetlərin çatdırılmasında da müəyyən vaxt itkiləri olur. Amma yenə də ən etibarlı məlumat mənbəyi kimi qəzetlərə müraciət edənlər var. Müəyyən yaş kateqoriyasından olan insanlar var ki, onlar qəzet oxuyurlar. Mən hesab edirəm ki, bütün dünyada baş verən bu proses Azərbaycandan da yan keçməyib. Ona görə də hadisələri obyektiv qiymətləndirirəm”.
Azvision.az-ın baş redaktoru Vüsal Məmmədov bu tendensiyanın təkcə Azərbaycanda deyil, bütün dünyada belə olduğunu deyib.
“Əksər ölkələrdə qəzetlər bağlanıb, qlobal nəşrlərin də tirajları kəskin düşüb. “The Wall Street Journal” ilə “The New York Times” ölüm-dirim savaşına çıxıblar ki, Nyu-Yorkda hansı qəzet həyatda qalacaq. “Chicago Tribune” kimi böyük keçmişi olan qəzet çökdü, “The Christian Science Monitor” can üstündədir. Dünyada ən çox qəzet oxuyan xalqı yaponlardır, amma hətta orada da “Asahi Shimbun” kimi dünya nəhəngi tirajını azaltmalı olub. Bu qəzetin 18-20 milyon tirajla çıxdığı vaxtlar olub. Bu gün Fransada qəzetlərin 22, İspaniyada 50, İslandiyada 80 faizi pulsuz paylanmağa keçib ki, bəlkə yeni iqtisadi model tətbiq edərək, həyatda qala bilsinlər. Qəzetlərin internet mediası ilə rəqabətdə heç bir şansı yoxdur. Qəzet erasının sonu gəlib, istəməsək də, bunu qəbul etməliyik. Mən özüm də qəzet oxumağı çox sevən bir insanam. Amma başa düşürəm ki, artıq dövr başa çatır, zorla dirəşməyin mənası yoxdur”.
|
23.12.2024 16:09
“Zapravkalar” sürücüləri aldadır? – 10 min manat təzminat...
23.12.2024 16:01
“Nar” və “NETTY” rəqəmsal təşəbbüslərini mükafatlandırdı -Fotolar
23.12.2024 15:54
“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim”- Diplomu saxta çıxan Abdıyeva
22.12.2024 15:57
Şahin İsrafilov və dostlarının Qubadakı “sərgüzəştləri” sakinləri CANA YIĞIB – ŞİKAYƏT
22.12.2024 14:29
22.12.2024 11:31
Bu sahə bərbad durumda: Nə yol xəritəsi var, nə də standartlar
21.12.2024 23:12
4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
21.12.2024 22:58
21.12.2024 13:51
21.12.2024 13:40
21.12.2024 13:31
21.12.2024 00:45
Almaniyada Milad yarmarkasında terror: Ölən və yaralananlar var
20.12.2024 17:27
20.12.2024 15:45
20.12.2024 12:50
Qafar Dəmirçi azadlığa buraxıldı - 8 milyonluq ziyanı ödəyib
19.12.2024 18:06
19.12.2024 17:55
Ən çox şikayət olunan internet provayderləri bunlardı -SİYAHI
19.12.2024 17:49
İş adamı Məhərrəm Novruzov da ağac kəsiminə görə məhkəməlik oldu
19.12.2024 17:27
Sosial mediada yaşayan gənclik hər cür cəfəngiyyatı paylaşmağa hazırdır -Media eksperti
19.12.2024 17:12
Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Yeni Üfüqlər” adlı tədbir keçirildi -Fotolar
19.12.2024 16:23
19.12.2024 13:24
İdman kompleksinin həyətində gənc qızın meyiti tapılıb -Fotolar
19.12.2024 12:56
ABŞ-də yaşayan azərbaycanlı müğənni doğum gününü qeyd edib -VİDEO
18.12.2024 17:06
Nasazlıq, ləngimə... - Metropoliten rəsmisi: “Bu, sərnişinin günahı üzündən baş vermir”
18.12.2024 16:42
Daha bir estetik əməliyyat faciəsi – Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
18.12.2024 11:50
17.12.2024 19:47
17.12.2024 17:06
16.12.2024 18:44
16.12.2024 18:40
16.12.2024 16:55
16.12.2024 16:39
16.12.2024 14:09