“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


13.02.2017  18:14 

Nəqliyyat Nazirliyinin hansı səlahiyyətləri yeni yaradılan quruma veriləcək?





A+  A-


Azərbaycanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Nəqliyyat Nazirliyinin birləşdirilməsi nəticəsində yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsəsən, Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Həmçinin Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar prezidentin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini 2 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində Azərbaycan prezidentinə məlumat vermək həvalə olunub.

Ölkə başçısının imzaladığı digər sərəncama əsasən, Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Bunadək R. Quluzadə rabitə və yüksək texnologiyalar naziri vəzifəsində çalışıb.

Beləliklə, 2003-cü ildən Azərbaycanın nəqliyyat naziri vəzifəsini daşıyan Ziya Məmmədov vəzifəsini itirib.

Qeyd edək ki, Azərbaycan prezidentinin 2003-cü il 10 iyun tarixli 880 saylı fərmanı ilə Nəqliyyat Nazirliyi haqqında Əsasnamə təsdiq edilib və nazirlik fəaliyyətə başlayıb.

Əsasnaməyə görə, nazirlik dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı və avtomobil yolları sahələrində  vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanı olub. Nazirlik həmçinin nəqliyyat-yol kompleksi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirib, bu sahəyə xarici sərmayənin cəlb edilməsini təmin edən tədbirlər görüb. Həmçinin nəqliyyat-yol kompleksi sahəsində dövlət proqramlarının, qanunvericilik aktları layihələrinin hazırlanmasında iştirak edib.

Son bir neçə il ərzində nazirliyin tərkibinə daxil olan bir neçə struktur ondan ayrılıb, müstəqil qurum və ya başqa qurumların tabeliyinə verilib. Məsələn, prezident İlham Əliyevin 2015-ci ilin sentyabrın 18-də imzaladığı fərmanla “Azərbaycan Dəmir Yolları “ Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tərkibindən ayrılaraq yeni qurum kimi təsis edilib.  Həmin ilin dekabrın 28-də “Azəryolservis” ASC-nin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılması barədə sərəncam imzalayıb. Bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə Nəqliyyat Nazirliyinin yollarda iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi səlahiyyətləri “Azəravtoyol”a verilib. Həmçinin, Nazirlər Kabineti “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nda dəyişiklik edərək Bakıda sərnişin daşımaları ilə əlaqədar Nəqliyyat Nazirliyinin səlahiyyətlərini ləğv edib. Əgər bu qaydaya qədər avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Nəqliyyat Nazirliyi tərəfindən verilirdisə, sözügedən qərardan sonra şəhərdaxili sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri “Fərqlənmə nişanı”nı Bakı Nəqliyyat Agentliyindən almağa başlayıb. 

(apa.az)



Xəbər 3196 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +