09.02.2017 17:40
V əməkdaşının əlil qardaşına işgəncə verildi: "Rəisin köməkçisi iki minimi zorla aldı”
Lider televiziyasının Qarabağ bölgəsi üzrə operatoru vəzifəsində çalışmış, ötən il TV ilə yollarını ayıran İlqar Fərmanlının qardaşı, 2-ci qrup əlil Azər Fərmanlı polis tərəfindən işgəncələrə məruz qalıb.
XəzərNews.az bildirir ki, bu barədə BakiPost.az-a İ.Fərmanlı məlumat verib. O bildirib ki, hadisə ötən il, sentyabrın 14-də Bərdə rayonunda baş verib. Operatorun sözlərinə görə, Bərdə polisi Azər Fərmanlını narkotik maddələrdən istifadə etmə, daşıma, saxlama ittihamları ilə saxlayıb: "Məsələni araşdırmaq üçün polis bölməsinə getdim. Emin və Rəşad adlı polis əməkdaşları və özünü rəisin köməkçisi kimi təqdim edən Elnur adlı şəxs məni qarşıladı. Bildirdilər ki, qardaşım Azər və onun dostunu gecə saxlayıblar, avtomobilində axtarış aparıblar və guya, narkotik maddələr aşkar ediblər. Bu səbəbdən də tutaraq polis bölməsinə aparıblar. Mənə dedilər ki, Azər Fərmanlıyla bağlı cinayət işi açılacaq”.
"2 saata 2000 manat verməsən, həbs edəcəyik”
Keçmiş TV əməkdaşının iddiasına görə, polis əməkdaşları ondan cinayət işinin açılmaması üçün rüşvət tələb ediblər: "Cinayət işininin açılamaması üçün məndən 5000 manat pul tələb etdilər. Həmin polis əməkdaşları mənim adımı, kimliyimi, nə işlə məşğul olduğumu bilirdilər. Özləri də dedilər ki, sən bizneslə məşğul olursan, səni yaxşı tanıyırıq. "Əgər pulu verməsən qardaşının üzünə adam durğuzub, həbs etdirəcəyik” deyəndən sonra qorxuya düşdüm. Mənə 2 saat vaxt verdilər. Naəlac qalıb pulu tapmaq qərarına gəldim. Amma yalnız 2000 manat verə biləcəyimi dedim. Rəisin köməkçisi olduğunu deyən mülki geyimli Elnur adlı şəxs "rəis” deyə müraciət etdiyi kimləsə telefonla danışdı. Onun razılığını alandan sonra 2000 manata razılaşdığını bildirdi”.
İlqar Fərmanlı
"Univermaq”da verilən rüşvət
İlqar Fərmanlı qardaşını xilas etmək üçün 2000 manatı gecəylə Elnura verib: "Pulu "Univermaq” adlanan yerdə görüşüb, Elnurun özünə təhvil verdim. Mənə söz verdi ki, Azəri səhər buraxacaqlar”.
"Rəisə yemək-içmək al!”
15.09.2016 tarixində qardaşını bölmədən azad etməyə gedən İ. Fərmanlı polis şöbəsinin qarşısında bir neçə saat gözlədilib. Daha sonra isə ondan rəisə yemək-içmək almağını tələb ediblər: "Onlardan asılı idim deyə, nə dedilər, elədim. Günortaya kimi mənə müxtəlif tapşırıqlar verirdilər, mən də hamısını edirdim. Günorta gördüm, qardaşımı buraxmaq fikirləri yoxdur, səs-küy saldım, sonar Azəri azad etdilər. Azər and-aman etdi ki, onun narkotiklə heç bir əlaqəsi yoxdur”.
"Təhlükəsizlik kamerası olmayan yerdə təpikləyiblər”
Azər Fərmanlının, qardaşına söylədiklərinə görə, onu bölməyə aparmaqlarına səbəb PPX əməkdaşlarına sənəd verməkdən imtina etməsi olub: "Qardaşım deyir ki, gecə onu PPX əməkdaşları saxlayıb, sənəd istəyiblər. Azər də onların sənəd istəməyə hüquqlarının olmadığını deyib. Polislər onu təhqir etməyə başlayıb və tutub bölməyə aparıblar. Pilləkanla qalxanda kameralar olmayan yerdə, yumruq, təpik vurmağa başlayıblar. Daha sonra otaqda zərbələr endirməyə başlayıblar. Azər də əlil adamdır. Zərbələrə dözməyib, həyatını itirə bilərdi. Daha sonra polislər onu narkotiklə şərləyəcəklərini deyiblər”.
Azər Fərmanlı
"Son 2-3 ayda 80 nəfəri şərləyiblər”
Qardaşının şərləndiyinə əmin olandan sonra İ. Fərmanlı Elnur adlı polis əməkdaşından pulunu geri tələb etməyə başlayıb: "O, əvvəlcə pulu qaytaracağını dedi. Lakin sonra telefonla danışanda pulu geri qaytaracağı təqdirdə mənə və ailə üzvlərimə problem yaradacağını bildirdi. Onun hər bir əclaflıq edəcəyini düşünüb Elnurun səsini yazdım. O səs yazıları məndə indi də var. Prokurorluğa da təqdim etmişəm. Əvvəlcə şikayət etmək istəmirdim. Lakin eşitdim ki, son 2-3 ayda rayonda 80-dən çox adamı şərləyib, qanunsuz olaraq pullarını alıblar. Hətta məhkəmənin hakimləri də onların əlindən beziblər. Bir neçə dəfə onların saxladıqları adamları həbs belə etməyiblər. Buna cavab olaraq da polislər hakimlərin maşınlarını cərimə meydançasına aparıblar”.
Generalın qəbulu
Fərmanlı qardaşları və polis əməkdaşlarındən şikayətçi olan digər bir Bərdə sakini Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, general Sahib Mirzəyevin qəbulunda olub: "Səs yazılarını da generala təqdim elədik. Dinlədi. Dedi, belə qanunsuzluq olmaz. Araşdırılması üçün tapşırıq verdi. Amma üstündən aylar keçib, hələ də bir səs-səda yoxdur”.
"Rəisin köməkçisi” kimi təqdim olunan Elnur əslində, kimdir?
İlqar Fərmanlı bildirir ki, sonradan qardaşı həbs olunan gün mülki geyimdə ondan rüşvət almağa gələn Elnur adlı şəxsin polis orqanlarına heç bir aidiyyətinin olmadığını öyrənib:"Sonradan bildik ki, Elnurun polisə heç bir aidiyyəti yoxdur. O, sadəcə rəisin "qara kassir”idir. Oturur maşınlara, gedirlər yolda kimisə saxlayırlar, provakativ bir şey edib, tutub bölməyə aparırlar”.
Məsələ ilə bağlı BakiPost.az-ın əməkdaşı Elnurla əlaqə saxlayıb. O, ittihamları qəbul etməyib və ümumiyyətlə bu məsələlərdən xəbərsiz olduğunu bildirib.
"İlqar Fərmanlı adlı Bərdə sakini sizdən Prezidentə şikayət edib, xəbəriniz varmı” sualına "Nə yazıb ki?”, - deməklə məsələdən xəbərdar olduğunu göstərsə də, sonradan "səhvini” düzəldib: "Nə Bərdə, nə polis, nə rəis? Mən Lənkəranda yaşayıram, talışam. Bərdəyə heç bir aidiyyətim yoxdur”.
İlqar Fərmanlı məsələ ilə bağlı prezident İlham Əliyevə, anası Naibə Nəbiyeva isə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Meriban Əliyevaya müraciət ünvanlayıb.
Onlar Bərdə rayonunda əhalinin sakit yaşayışına maneçilik törədən polis əməkdaşlarının cəzalandırılması və işdən azad olunması üçün lazımi orqanlara göstərişlər verilməsini xahiş ediblər.
|
23.12.2024 16:19
23.12.2024 16:09
“Zapravkalar” sürücüləri aldadır? – 10 min manat təzminat...
23.12.2024 16:01
“Nar” və “NETTY” rəqəmsal təşəbbüslərini mükafatlandırdı -Fotolar
23.12.2024 15:54
“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim”- Diplomu saxta çıxan Abdıyeva
22.12.2024 15:57
Şahin İsrafilov və dostlarının Qubadakı “sərgüzəştləri” sakinləri CANA YIĞIB – ŞİKAYƏT
22.12.2024 14:29
22.12.2024 11:31
Bu sahə bərbad durumda: Nə yol xəritəsi var, nə də standartlar
21.12.2024 23:12
4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
21.12.2024 22:58
21.12.2024 13:51
21.12.2024 13:40
21.12.2024 13:31
21.12.2024 00:45
Almaniyada Milad yarmarkasında terror: Ölən və yaralananlar var
20.12.2024 17:27
20.12.2024 15:45
20.12.2024 12:50
Qafar Dəmirçi azadlığa buraxıldı - 8 milyonluq ziyanı ödəyib
19.12.2024 18:06
19.12.2024 17:55
Ən çox şikayət olunan internet provayderləri bunlardı -SİYAHI
19.12.2024 17:49
İş adamı Məhərrəm Novruzov da ağac kəsiminə görə məhkəməlik oldu
19.12.2024 17:27
Sosial mediada yaşayan gənclik hər cür cəfəngiyyatı paylaşmağa hazırdır -Media eksperti
19.12.2024 17:12
Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Yeni Üfüqlər” adlı tədbir keçirildi -Fotolar
19.12.2024 16:23
19.12.2024 13:24
İdman kompleksinin həyətində gənc qızın meyiti tapılıb -Fotolar
19.12.2024 12:56
ABŞ-də yaşayan azərbaycanlı müğənni doğum gününü qeyd edib -VİDEO
18.12.2024 17:06
Nasazlıq, ləngimə... - Metropoliten rəsmisi: “Bu, sərnişinin günahı üzündən baş vermir”
18.12.2024 16:42
Daha bir estetik əməliyyat faciəsi – Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
18.12.2024 11:50
17.12.2024 19:47
17.12.2024 17:06
16.12.2024 18:44
16.12.2024 18:40
16.12.2024 16:55
16.12.2024 16:39