09.02.2017 11:15
Vergilər Nazirliyinin Kollegiyası ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatının aparılması qaydasını təsdiq edib. Sənədə əsasən, bu hüququ almaq üçün satıcı ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməli, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalı, nəzarət-kassa aparatına və işlək POS-terminala malik olmalı, vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi olmamalıdır.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin Vergi siyasəti idarəsinin direktoru Nərmin Hacıyeva sənədi şərh edərək bildirib ki, ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisi satıcı kimi qeydiyyata alınmaq üçün kağız daşıyıcıda və ya elektron formada ərizə ilə vergi orqanına müraciət etməlidir.
Direktor deyib ki, vergi ödəyicisi “Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında ərizə” adlanan bir sənəd ilə eyni zamanda bir neçə təsərrüfat subyekti üzrə satıcı kimi qeydiyyata alınmaq üçün müraciət edə bilər:
“Təsərrüfat subyekti satıcı kimi qeydiyyata alınmaq üçün gücləndirilmiş elektron imza ilə İnternet Vergi İdarəsi Portalının «Onlayn» kargüzarlıq bölməsində ərizə formasının müvafiq xanalarını doldurmalıdır. Kağız formasında ərizə isə vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilməlidir. Elektron və kağız formasında təqdim olunmuş ərizələr emal edilmək məqsədilə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində yaradılmış «Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında ərizə” pəncərəsinə ötürüləcək. Bundan sonra ərizədəki məlumatlar yoxlanılacaq. Ərizədə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edilərsə, ərizənin daxil olduğu tarixdən 3 iş günündən gec olmayaraq həmin çatışmazlıqların aradan qaldırılması barədə «Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması üçün təqdim etdiyi ərizədəki çatışmazlıqlar barədə bildiriş» hazırlanacaq və elektron formada vergi ödəyicisinin e-qutusuna və ya kağız daşıyıcıda sifarişli poçt göndərişi vasitəsilə ünvanına çatdırılacaq”.
N.Hacıyeva qeyd edib ki, bir təsərrüfat subyekti üzrə aşkar edilmiş çatışmazlıq ərizədə göstərilən digər təsərrüfat subyektləri üzrə vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınmasını dayandırmır:
“Vergi ödəyicisi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrar ərizə ilə vergi orqanına müraciət edə bilər. Bundan sonra vergi ödəyicisi vergi orqanı tərəfindən 5 iş günündən gec olmayaraq satıcı qismində qeydiyyata alınacaq və bu barədə ona «Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında arayış» təqdim ediləcək».
N.Hacıyevanın sözlərinə görə, vergi ödəyicisi satıcı qismində qeydiyyata alındıqdan sonra 10 iş günü müddətində vergi orqanı ərizədə göstərilən təsərrüfat subyektini alıcılara təqdim edilən elektron vergi hesab-fakturalarının tərtib edilməsinə, həmin e-VHF-lər barədə məlumatların aidiyyəti üzrə vahid məlumat bazasına ötürülməsinə imkan verən proqram təminatı ilə, zəruri avadanlıqla təchiz edəcək və bu barədə akt tərtib olunacaq: «Satıcının yeni təsərrüfat subyekti qeydiyyatdan keçdikdə həmin təsərrüfat subyekti üzrə satıcı tərəfindən ƏDV-nin qaytarılması şərti ilə malların satışının həyata keçirilməsi üçün vergi orqanına yenidən ərizə ilə müraciət edilməlidir».
Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı qismində qeydiyyatına xitam verilməsi ilə bağlı qeyd edilmişdir ki, əgər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilmiş ticarət festivallarının təşkili qaydasının tələbləri pozularsa, satıcı fəaliyyəti dövründə iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunarsa, vergi orqanına təqdim edilmiş vergi hesabatlarında aşkar olunmuş uyğunsuzluqlar və ziddiyyətlər qanunla müəyyən edilmiş müddətdə aradan qaldırılmazsa, bu zaman vergi ödəyicisinin satıcı qismində qeydiyyatına xitam veriləcək: «Satıcı Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə və qaydada vergi hesabatlarını vergi orqanlarına təqdim etməməklə vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındıqda, təsərrüfat subyekti və ya satıcının ƏDV qeydiyyatı ləğv edildikdə və digər hallarda da satıcının qeydiyyatına xitam verilə bilər. Satıcının müraciəti əsasında satıcı kimi qeydiyyatdan çıxarılması «Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicisinin satıcı kimi qeydiyyatına xitam verilməsi haqqında ərizə»yə əsasən həyata keçiriləcək. Satıcının qeydiyyatına xitam verilməsinə əsas verən digər hallarda isə onun qeydiyyatı Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində avtomatik ləğv ediləcək və bu barədə vergi ödəyicisinin elektron qutusuna bildiriş göndəriləcək».
(modern.az)
|
23.12.2024 16:19
23.12.2024 16:09
“Zapravkalar” sürücüləri aldadır? – 10 min manat təzminat...
23.12.2024 16:01
“Nar” və “NETTY” rəqəmsal təşəbbüslərini mükafatlandırdı -Fotolar
23.12.2024 15:54
“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim”- Diplomu saxta çıxan Abdıyeva
22.12.2024 15:57
Şahin İsrafilov və dostlarının Qubadakı “sərgüzəştləri” sakinləri CANA YIĞIB – ŞİKAYƏT
22.12.2024 14:29
22.12.2024 11:31
Bu sahə bərbad durumda: Nə yol xəritəsi var, nə də standartlar
21.12.2024 23:12
4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
21.12.2024 22:58
21.12.2024 13:51
21.12.2024 13:40
21.12.2024 13:31
21.12.2024 00:45
Almaniyada Milad yarmarkasında terror: Ölən və yaralananlar var
20.12.2024 17:27
20.12.2024 15:45
20.12.2024 12:50
Qafar Dəmirçi azadlığa buraxıldı - 8 milyonluq ziyanı ödəyib
19.12.2024 18:06
19.12.2024 17:55
Ən çox şikayət olunan internet provayderləri bunlardı -SİYAHI
19.12.2024 17:49
İş adamı Məhərrəm Novruzov da ağac kəsiminə görə məhkəməlik oldu
19.12.2024 17:27
Sosial mediada yaşayan gənclik hər cür cəfəngiyyatı paylaşmağa hazırdır -Media eksperti
19.12.2024 17:12
Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Yeni Üfüqlər” adlı tədbir keçirildi -Fotolar
19.12.2024 16:23
19.12.2024 13:24
İdman kompleksinin həyətində gənc qızın meyiti tapılıb -Fotolar
19.12.2024 12:56
ABŞ-də yaşayan azərbaycanlı müğənni doğum gününü qeyd edib -VİDEO
18.12.2024 17:06
Nasazlıq, ləngimə... - Metropoliten rəsmisi: “Bu, sərnişinin günahı üzündən baş vermir”
18.12.2024 16:42
Daha bir estetik əməliyyat faciəsi – Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
18.12.2024 11:50
17.12.2024 19:47
17.12.2024 17:06
16.12.2024 18:44
16.12.2024 18:40
16.12.2024 16:55
16.12.2024 16:39