“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


01.02.2017  13:13 

Xalqı zəhərləyən daha bir yağ üzə çıxdı





A+  A-


Ölkəyə idxal olunan daha bir günəbaxan və qarğıdalı yağının keyfiyyətsiz olması barədə məlumat əldə etmişik

Məlum olub ki, Rusiya istehsalı olduğu deyilən “Mamurkovskoye maslo” günəbaxan yağı bazarlarda satışdadır. 

Bu məhsulun 3 manata satıldığını deyən əməkdaşımızın sözlərinə görə, keyfiyyətinə dair şübhələr var. Artıq adıçəkilən yağla bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri (AİİB) Eyyub Hüseynova müraciət ediləcəyi gözlənilir. 

Bu məhsulun rənginə və qiymətinə baxanda müəyyən etmək olar ki, keyfiyyət olduqca aşağıdır. Digər tərəfdən, məhsulun hansı firma tərəfindən istehsal olunması və hansı şirkətin gətirməsi bəlli deyil. 

Ümumiyyətlə, Azərbaycanda yağ adına zəhər satılması ilə bağlı açıqlamalar səslənir. İddialar var ki, satışda kərə yağı kimi təklif olunan məhsulların çoxunun gerçək kərə yağı bir əlaqəsi yoxdur

Bu yağların bir qismi heyvanların iç yağı, piylər və bitkilərdən hazırlanır, bəziləri isə kimyəvi tərkiblidir. Onlara kərə yağının dadını və qoxusunu verən xüsusi qatqılar vurulur ki, bunlar da sağlamlığa təhlükə yaradır. Bəzi yağlar da xarici marka altında satılır, lakin onlar kiçik sexlərdə düzəldilir.

Bu gün ölkə boyu mağazaların piştaxtalarını bəzəyən, vətəndaşları zəhərləyən “Кубaнская семечка” yağı ilə bağlı əməli tədbir görülərdi. Ötən ilin dekabrın ortalarında Eyyub Hüseynov mətbuatda ildırım surəti ilə yayılan bir açıqlama yaydı. Dedi ki, “Кубaнская семечка” yağının ekspertizasını keçirib. 

Eyyub Hüseynovun sözlərinə görə, buna səbəb istehlakçılardan daxil olan telefon zəngləri və AİİB-ə ərizə ilə müraciət etmiş Bakı şəhəri sakini Səidə Məmmədovanın şikayət ərizəsi olub. 

Vətəndaşların qaldırdığı məsələyə aydınlıq gətirmək üçün marketlərdə satılan 1 litrlik “Кубaнская семечка” bitki yağının akkreditasiya olunmuş laboratoriyada laborator müayinəsini aparılıb. Məqsəd bu yağların həqiqətən etiketində yazıldığı kimi “qarğıdalı yağı” olub-olmamasını müəyyən etmək olub. 

Laboratoriya müayinələri bitki yağlarına məxsus yağ turşularının, xüsusən də qarğıdalı yağını xarakterizə edən C16:0 palmitin yağ turşusunun kütlə payının araşdırılmasına yönəlib və məlum olub ki, istehlakçıların narazılığı səbəbsiz deyil. “Кубaнская семечка” bitki yağının qarğıdalı yağı olmadığı müəyyən olunub.

(politika.az)



Xəbər 1997 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +