“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


07.06.2024  13:34 

SOCAR-a hücum, Türkiyə və Borçalıda anti-Azərbaycan təbliğatının arxasında kimlər durur? - CAVAB





A+  A-

“Son 2- 3 ay ərzində sözdə “Fələstin sevərlər” tərəfindən “SOCAR Türkiyə”nin qarşısında 5 dəfə müxtəlif formalarda mitinqlər keçirilib. Sonuncu halda isə onlar “SOCAR Türkiyə”nin mərkəzi binasının qapı-pəncərələrini sındırıblar”.

Xəzərnews.az xəbər verir ki, bu barədə açıqlamanı Diaspora.TV-yə I Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik, Qafqaz Tarixi Mərkəzinin Türkiyə təmsilçisi, hərbi ekspert Akif Qasımov verib.

A.Qasımov bildirib ki, təxminən 3 ay əvvəl də İstanbul baş konsulluğumuz qarşısında Azərbaycana qarşı təhqirlərlə dolu mitinq keçirilib:

“Bunlar iddia edir ki, Azərbaycan sionistlərə dəstək verir, Fələstinə yox, İsrailə kömək edir və s. Öz şəxsi facebook, twitter, digər sosial və internet media orqanları vasitəsilə həssas Türkiyə xalqına Azərbaycan bir düşmən, müsəlmanın yanında olmayan, Fələstin xalqına dəstək verməyən formada təqdim olunur. Bütün bunların arxasında duran əsas gücün türk düşməni olan Fransanın olduğunu ehtimal edirəm. Bu gücləri isə hazırlayan İrandan gəlmiş, dini quruplara əsas nəzarət edən kəşfiyyat orqanlarıdır. Hamıya bəllidir ki, İran kəşfiyyat orqanları Fransa ilə çox sıx əməkdaşlıq edir. İran İslam Respublikası 1979-cu ildə Fransa tərəfindən yaradılan və onlara xidmət edən bir dövlətdir. İranda 2 əsas quruluş var: xanədan və islamət. Birincisi qızılbaşlar xanədanlığıdır, ikincisi isə Fransanın yaratmış olduğu molla rejimi. Qızılbaşları təmsil edənlər daha çox qonşu ölkələrlə əməkdaşlıq etmək istəyirlər, ikincilər isə - dini rəhbərlik Fransa kəşfiyyat orqanlarının nəzarətində olan bir quruluşdur. Təəssüflər olsun ki, İranda baş verən bütün məsələ və qərarı da dini rəhbərlik verir. İranda kimin prezident olmasından asılı olmayaraq, heç bir rolu yoxdur. Prezident yalnız dini rəhbərliyin dediyini icra edir. Prezident özbaşına hər hansı bir qərarı verə bilməz”.

A.Qasımov qeyd edib ki, hazırda Türkiyədə İranın təsir dairəsində olan bir sıra təşkilatlar aktiv fəaliyyət göstərir:

“Məsələn, Əhlibeyt Alimlər Dərnəyi, Kövsər Kültür Mərkəzi İstanbul Bağcılar bələdiyyəsi ərazisində yerləşir, binaları, kitabxanaları, ofisləri var. Təbliğat mərkəzi kimi müxtəlif işlərlə məşğuldurlar. Bunlar daha çox yoxsul kütləyə təsir edir, onları müxtəlif pul və ticarətlə, bizneslə, iş yerləri ilə özlərinə tərəf çəkirlər. Onlara aid olan məscidlərə molla, imam olaraq öz adamlarını təyin edirlər. Cümə namazı və müxtəlif tədbirlərdə bir yerə toplaşaraq əsasən də Fələstini, İsraili müzakirə edirlər. Azərbaycana qarşı edilən bir çox qruplaşmaların kökündə də onlar dayanır. Bunu etməklə Azərbaycanı Türkiyədə gözdən salmaq istəyirlər. Bundan başqa dini mövzulara həssas olan türk xalqının gözündən salmaq, anti-Azərbaycan mövqeyi yaratmaq, türk dövlətləri təşkilatları arasında parçalanmaya nail olmaq istəyirlər. Bu da birbaşa Fransanın maraqlarına xidmət edən bir məsələdir. Biz bunu eyni zamada Zəngəzur məsələsində də görürük”.

Hərbi ekspert bildirib ki, hazırda Fransız jandarm və kəşfiyyat orqanlarının Ermənistanda dərin kök saldığını görürük:

“Türk dünyası arasında yeni böyük dəhlizin açılmasına mane olmaq üçün hərəkətə keçiblər. Türkiyədə bundan çox məharətlə istifadə edirlər. Türkiyənin Şərqində - İğdır və Van bölgələrində çox ciddi anti-Azərbaycan mövqeyi var. Orada sosial mediada İranla bağlı hər hansı tənqidi fikirə ilk qarşı çıxanın İğdırdan olduğunu müşahidə edirik. Azərbaycanlıdır, amma onlar daha çox İranın sözünü deyir və tərəfini saxlayırlar. İran burada öz fəaliyyətini çox gözəl qurub. Maliyyə cəhətdən dəstək verir ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər pozulsun. Əlbəttə ki, Azərbaycanda bu şəbəkəyə qarşı fəal iş aparılır, İrana aid olan, Mədəniyyət, Təhsil mərkəzləri adı altında fəaliyyət göstərən yerlərin hamısı bağlandı”.

A.Qasımov bəyan edib ki, təkcə Türkiyədə deyil, Borçalıda da eyni proseslər gedir:

“İranlılar Borçalıda çox pul xərcləyir, xüsüsilə məscidlərdə öz adamlarını yerləşdirirlər. Bu yerləşmənin təhlükəsi də ondan ibarətdir ki, bizim Ermənistan üzərində olan yolumuz bağlanır. Təəssüf ki, bunu heç bir media orqanları danışmır, yazmır. Amma Borçalı özəlliklə Bakı-Ceyhan, Bakı-Tiflis-Qars dəmir yolu, TANAP və digər layihələrin keçdiyi bölgədir. Hazırda o bölgədə İran kəşfiyyat orqanları “məscid-imam-molla tryosu” ilə müxtəlif ssenarilər yazır, onlara tabe olacaq və xidmət edəcək komanda formalaşdırırlar. Düşünürəm ki, bu istiqamətdə Azərbaycan və Gürcüstanın müvafiq orqanları birgə işləməlidirlər”.

H.Hüseynov
Diaspora.TV


Xəbər 46913 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +