“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


14.03.2019  10:21 

“Paşinyan istəyir ki, Bakı Xankəndini vursun” – Professordan şərh





A+  A-

Müharibə hüququna aid məsələlər əsasən 1949-cu il Cenevrə Konvensiyaları ilə tənzimlənir.
XəzərNews.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Ermənistanın Təhlükəsizlik Şurasının iclasının Xankəndidə keçirilməsinə hüquqi kontekstdən yanaşan beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev deyib.

“Bu cür məsələlərə dair 1949-cu il Cenevrə Konvensiyalarında müddəalar tapmaq mümkündür. Konvensiyada işğalçı dövlətin işğal etdiyi ərazilərdə tədbirlər keçirməsi ilə bağlı xüsusi bənd olmasa da, həmin ərazilərdə paytaxt kimi inzibati vahidlərin qurulması qadağası var. Halbuki Təhlükəsizlik Şurası kimi tədbirlər ancaq bir ölkənin paytaxtında və öz ərazisində keçirilməlidir. Xankəndidə TŞ iclasını keçirməklə Paşinyan hökuməti iki məsələni göstərməyə cəhd edib. Birincisi, Qarabağın onlar üçün prioritet olduğunu və ATƏT-in son bəyanatını tanımadığını ifadə ediblər. İkincisi, Qarabağı öz torpaqları kimi gördüklərini göstərmək istəyiblər. Halbuki 1949 Cenevrə Konvensiyalarının əsas vurğusu ondan ibarətdir ki, işğalçı dövlətin işğal rejimi müvəqqəti olur”, – F.Mehdiyev bildirib.

Politoloq bildirib ki, Ermənistan bununla da açıq şəkildə Azərbaycanı müharibəyə təhrik edir:

“Onların hərəkətləri beynəlxalq hüquqda mövcud olan “yaxşı niyyət” prinsipinə ziddir. Həmin prinsipə əsasən, müharibə edən dövlətlər danışıqlara başlayıblarsa və sülh sazişinə gəlmək istəyirlərsə, bu cür təhrikedici hərəkətlərdən çəkinməli və yaxşı niyyətlə hərəkət etməlidirlər. İrəvan isə hazırda bu prinsipin əksinə hərəkət edərək qıcıqlandırıcı tədbirlər keçirir. Diplomatik münasibətlərdə belə bir yanaşma var ki, tərəflər diplomatik görüş və müzakirələri xoş məramla həyata keçirməlidirlər. Əks halda bu, mənfi nəticələrə gətirib çıxarır. Ermənistan isə son hiyləgər gedişi ilə məhz buna zəmin hazırlayır”.

Professor Ermənistanın Təhlükəsizlik Şurasının iclasını Azərbaycanın işğal altında saxlanılan Xankəndidə keçirməsinə qarşılıq olaraq mümkün cavab addımlarından da danışıb:

“Beynəlxalq qurumlar da Azərbaycanın Qarabağ ərazisinin işğal altında olduğunu qəbul edir. Buna görə də Azərbaycanın öz torpaqlarını zəruri müdafiə kontekstində geri almaq hüququ var. Lakin xüsusi olaraq vurğulayım ki, Azərbaycanın Xankəndini vurması danışıqların bitməsi demək olacaq. Məncə, erməni tərəfi də Azərbaycanın işğal olunmuş ərazilərində qıcıqlandırıcı tədbirlər keçirməklə elə bunu istəyir. Görünür, danışıqlardan qaçma imkanları yoxdur, danışıqlar isə mənafelərinə uyğun deyil. Ona görə də Azərbaycanı danışıqları pozan tərəfə çevirmək istəyirlər”.

Qeyd edək ki, ötən gün Ermənistan ilk dəfə olaraq Təhlükəsizlik Şurasının iclasını Azərbaycanın işğal altında saxlanılan Xankəndi şəhərində keçirib.

Xəbər 1532 dəfə oxunub.




23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +