Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb


04.07.2018  11:04 

Gəncənin deputatı Elmar Vəliyevin güllələnməsindən DANIŞDI





A+  A-

“Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun cangüdəninə edilən silahlı hücum cinayət hadisəsidir. Gəncə Şəhər İcra Hakimiyyəti və respublikanın hüquq-mühafizə orqanları bu barədə rəsmi açıqlama veriblər. Allaha şükür ki, salamatçılıqdır. Elmar müəllimin səhhəti normaldır və inşallah, tezliklə işinin başına dönəcək”.
XəzərNews.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Gəncə şəhərinin deputatı Musa Quliyev icra başçısına qarşı sui-qəsdə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, bütün gəncəlilər bu çirkin əməli pisləyir:

“Həkimlərin məlumatına görə, cangüdən Qasım Aşbazovın da yarası həyat üçün təhlükəli deyil, müalicəsi Gəncə Klinik Mərkəzdə aparılır. Bu cinayət hadisəsi və vəzifəli şəxsə qarşı sui-qəsddir. İstintaq sui-qəsdin motivini və digər xüsusatlarını araşdırır. Bəzi saytlarda və sosial şəbəklərdə yayılan şayiələrin heç bir əsası yoxdur. Bütün gəncəlilər və ölkə ictimaiyyəti bu çirkin cinayət əməlini pisləyir. Elmar müəllim işlədiyi dövrdə Gəncədə olduqca böyük quruculuq-abadlıq işləri aparılmış, şəhərin ictimai, mədəni, sosial həyatı özünün yeni intibah mərhələsinə qədəm qoymuş, Gəncə respublika və beynəlxalq əhəmiyyətli onlarca layihəyə evsahibliyi etmişdir. Elmar müəllimə can sağlığı və yeni uğurlar arzulayıram”.

Xatırladaq ki, dünən axşam Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı silahlı hücum olub.

Rəsmi məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidmətlərindən daxil olan məlumata görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərksilah edilib.

Xəbər 2563 dəfə oxunub.




23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +