Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


03.07.2019  13:07 

General Vilayət Eyvazov yeni işçilər axtarır - ELAN





A+  A-

Daxili İşlər Nazirliyi DİN-in Əlahiddə Çevik Polis Alayında vakant polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib
2019-cu il iyul ayının 20-də saat 8.00-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən DİN-in Əlahiddə Çevik Polis Alayında vakant polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçiriləcək.

Nazilikdən XəzərNews.az-a bildirilib ki, sıra baxışında ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Sıra baxışına gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır.

Kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali təhsilli və xarici dillərdən birini (əsasən ingilis dili) sərbəst bilən vətəndaşlara üstünlük veriləcək.

Əlavə olaraq nəzərə çatdırılır ki, boyu 180 santimetrdən aşağı olan və müsabiqənin digər şərtlərinə uyğun gəlməyən namizədlər keçid məntəqəsində yoxlanılaraq sıra baxışına iştiraka buraxılmayacaqlar.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

(012)-590-97-52; (012)-590-94-12;

(012)-590-92-37; (012)-590-93-45.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Xəbər 3047 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +