Əli Əsədov Oleg Belozyorov ilə görüşdü
Qızıma müəyyən bənzərliyi olsa da... - Xanım deputat
ABŞ-da Uitkoff qalmaqalı: İstefaya göndəriləcəkmi?
Jurnalist Fateh Altaylıya hökm oxundu
“ATV“ kanalına xəbərdarlıq edildi - Səbəb?
Pakistanın keçmiş baş naziri İmran Xan öldürülüb
Deputatın qızı xristianlığı qəbul edib?
Azərbaycanın tələbi ilə dəyişiklik etməyəcəyəm - Tatoyan
Binəqədidə marketlərdən quldurluq ediblər
Qurban Qurbanov ölkədən çıxan kimi.... - AFFA iclas keçirir


03.02.2025  07:49 

Gürcüstana işləməyə gedən azərbaycanlı hoteldə ÖLDÜ





A+  A-

Gürcüstanın Bolnisi şəhərində yerləşən hoteldə Azərbaycan vətəndaşı dünyasını dəyişib.

XəzərNews.az Gürcüstan mediasına istinadla xəbər verir ki, şəxsin vəziyyəti gecə saatlarında pisləşib.

Səhər saatlarında təcili tibbi yardım hadisə yerinə gəlib və onun həyatını xilas etmək üçün bütün zəruri tədbirləri həyata keçirib.

Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Onun Gürcüstanda sənədsiz əmək fəaliyyəti göstərdiyi bildirilib.

Hadisənin səbəbləri hələ ki, məlum deyil və rəsmi açıqlama gözlənilir. Dünyasını dəyişən şəxsin bədənində hər hansı zorakılıq əlamətləri qeydə alınmayıb.

Şəxsin kimliyinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstan polisi Azərbaycanın Gürcüstandakı səfirliyinə sorğu göndərib.

Bildirlir ki, mərhumun bir azyaşlı övladı var.

Xəbər 3456 dəfə oxunub.




26.11.2025  12:22 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +