Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


12.02.2021  09:45 

Müharibədən öncə oğurluqda təqsirləndirilən qazi həbs edilib





A+  A-

Sosial şəbəkələrdə Vətən Müharibəsində döyüşən qazi Aydın Ağazadənin həbs edilməsi ilə bağlı məlumatlar yayılıb. Geniş müzakirə olunan bu məsələyə görə vətəndaşlar verilən qərarla bağlı qınayıcı fikirlərini ifadə ediblər.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cəlilabad rayon sakini Ağazadə Aydın Nəbi oğlu 2019-cu il iyunun 28-də həmyerlisinin evindən 3600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda ittiham edilib. O, cinayəti törədərkən tək olmayıb, elə dəstə üzvləri ilə birgə tutulub.

Aydın Ağazadəyə Cinayət Məcəlləsinin 177.2.1-ci (Oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilib.

O, şübhəli şəxs qismində tutularaq iyunun 30-da ittiham elan edilməklə barəsində heç yerə getməmək qərarı verilib. Aydın Ağazadənin ayağına müəyyən edilən ərazini tərk etməməsi üçün GPS bazubənd də bağlanıb.

İstintaq müddətində isə o başqa cinayətə görə ittiham edilib. Bu dəfə A.Ağazadə Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədilə narkotik maddələri daşıma) maddəsi ilə təqsirləndirilib. Onun üzərindən narkotik vasitə aşkar edilib.

Hər iki cinayət işi ilə bağlı istintaq yekunlaşdırılaraq 2020-ci il fevralın 2-də iş materialları baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmə prosesi davam etdiyi müddətdə Vətən Müharibəsi başlayıb. Aydın Ağazadə könüllü səfərbərliyə yazılıb və sentyabrın 27-dən döyüşlərə qatılıb. O, döyüşlərdə sağ budundan yaralanaraq müharibəni qazi kimi tərk edib.

Əsgər Aydın Ağazadə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

A.Ağazadə döyüşdən qayıtdıqdan sonra məhkəmə prosesi bərpa edilib və Cəlilabad rayon məhkəməsinin hakimi Elxan Əmirəliyevin hökmü ilə ona 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Aydın Ağazadə məhkəmə zalında həbs edilib.

Xəbər 3425 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +