Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO


26.08.2024  11:49 

Neftçi“ artıq adiləşmiş ada çevrilir...- Futbol eksperti





A+  A-

Xəzərnews.az xəbər verir ki, 24media.az-ın bu dəfə ki, qonağı futbol eksperti Tərlan Əhmədov olub. O, Neftçi FK-nın son zamanlarda olan uğursuzluqları haqqında danışıb.

Neftçi FK-da baş məşqçi vəzifəsinə gətirilən Roman Qriqorçuk ümidləri doğrultmadı. "Neftçi"ni çətin vəziyyətdən çıxara biləcəyi düşünülsə də, 18 avqustda keçirilən oyunda öz meydanında "Sabah"a 2-0 məğlub oldu. Bu gedişata baxsaq, sizcə, "Neftçi"ni qarşıda nələr gözləyir?



Hərhalda, bu, gözlənilən idi. Çünki Qriqorçukun "Qəbələ"də 2 il ardıcıl avroliqanın qrup mərhələsinə düşmək üçün nəticəsi olub. Onun Ukraniyadan gətirdiyi bir neçə futbolçular var idi ki, bu maliyyə üçün həddindən artıq çox idi. Amma bu nəticə ilə çempion ola bilmədi. Məsələ burasındadır ki, o cür heyətlə Qriqorçuk çempion ola bilmədi. O vaxtı da o, komandada yerli futbolçularla problemlər yaşayırdı. Hətta bəzi yerli futbolçular "Qəbələ"də oynadıqları vaxtda Qriqorçuk ilə böyük insidentlər yaşayıblar. Qriqorçuk yerli futbolçuları heç vaxt bəyənməyib. Bunu bu gündə Qaranın, Emin Mahmudovun timsalında və yerli futbolçularla olan ünsiyyətində görə bilirik. Təbii ki, bu da komanda üçün problem yaradır. Komandanın özəyini yerli futbolçular təşkil edir, buna görə də ünsiyyət düzgün qurulmalıdır. Bununla yanaşı, gətirilən əcnəbi futbolçular da var ki, hansı ki Qriqorçuk onlarla dil tapa bilmir.

Düzdür, mənim opponentimdir, məşqçi haqqında çox şey deyə bilmərəm. Mən "AZAL"da işlədiyim 2-ci il idi ki, komandanın büdcəsini 1,800,000 dollardan 155,000 manata endirəndə həmin il biz 2 dəfə "Qəbələ" ilə görüşdük. Birində Qəbələdə, digərində isə Bakıda qalib gəldik. Bakıdakı oyunda 1-0 məğlub olduğumuz vaxtda 2 qol vurub qalib gəlmişdik. Yəni əgər komandaya yeni gələn məşqçi, komandanı əvvəlki çətin vəziyyətdən, problemlərdən çıxarda bilmirsə deməli problem onun özündədir. Əgər o strategiyanı, taktikanı, oyun prinsiplərini, futbolçulara yanaşmanı dəyişə bilmirsə, yenə də problem məşqçidədir. Klubdan gedib, sonradan qayıdan futbolçu və ya məşqçilər heç vaxt nəticə verə bilmirlər. 3 turdan sonra 2 xal "Neftçi" üçün böyük uğursuzluqdur. 5 müdafiəçi ilə meydana çıxır, xətlər arasında demək olar ki, əlaqə yoxdur. Komanda da olan futbolçuların süni futbol oynaması da məşqçi ilə əlaqəlidir. "Neftçi" onsuzda son illərdə acı həyat yaşayırdı, artıq yenə də həmin uğursuzluqları başlayıb. Bizim adlı-sanlı futbolçularımız Vəli Qasımov, Nazim Süleymanov, Samir Ələkbərov, Vidadi Rzayev hansı ki, onlar daha da savadlıdır. Yəni adlı-sanlı futbolçularımız qalıb kənarda biz xaricdən idman direktoru gətirmişik, onunda nə işlə məşğul olduğunu bilmirik. "Neftçi"nin tarixi, strategiyası, uğurları, keçmişi hamısı artıq unudulub. Gələnlər tamamilə fərqlidir, orda hər kəs sanki öz mənafeyini güdür, komandanın prinsipləri qıraqda qalır. "Neftçi" adında komanda artıq keçmişdə qalır. Həm də gələn məşqçi Qriqorçukda sanki olanlarla razılaşıb, necə gəldi işləyir. Təbii ki, bu belə olmamalıdır. "Neftçi" artıq qalxmalıdır.

Kluba ayrılan büdcə də, yaradılan şərait də, yeni baza da bunlar artıq onu göstərir ki, "Neftçi" yeni uğurlar əldə etməlidir. "Niyə komandanın içərisində birlik yoxdur?", " Niyə "Neftçi"nin uğuru üçün heç kim çalışmır?", "Niyə Qriqorçukdan tələb olunmur ki, komanda oyun oynamır?". 3 oyun oynanılıb, hamısında da komanda rəqiblərindən çox zəif halda çıxış ediblər. Nə yaradıcılıq fonu var, nə müdafiə fonu var, nə birliyi, nə də ki komanda oyunu var. Ustalıq keyfiyyəti olan futbolçular da özlərini göstərə bilmirlər. Hər şeyi yola verirlər, sanki çalışırlar ki, 90 dəqiqəni tez keçirtsinlər. Baş məşqçi bunu aradan götürə bilmirsə, "Neftçi"nin əzəmətini özünə qaytara bilmirsə, bu hallar komandanın uğurlu nəticə əldə edəcəyi ümidini vermir. "Neftçi" artıq çempionluq yaşamalıdır. Amma gedişat onu göstərir ki, klub heç mükafatçılar sırasına düşməyəcək.

Ümidverici heç nə yoxdur. Gedən proseslər isə heç kimə aydın deyil. Yenə də nə olursa olsun, məşqçi futbolçularla dil tapmalı, komandanın oyununu düzəltməlidir. "Neftçi"nin adına layiq oyun olmalıdır, özünə yaraşan çıxış etməlidir. Bu klub çempionluq uğurunda mübarizədə olmalıdır. Təəssüf ki, ümid verəcək bir şey yoxdur. "Neftçi" artıq adiləşmiş ada çevrilir və onun uğurları kölgədə qalır. Tarixi bir komanda yavaş-yavaş gündəmdən çıxır. "Neftçi" onlarla yox, onlar "Neftçi" ilə mübarizə aparmalıdırlar. Amma təəssüflər olsun ki, görülən işlər bu etimadı doğrultmadı. Bu da klubun uğursuzluğuna gətirib çıxartdı.

Zəhra Niftiyev

Xəbər 3809 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +