Benzin, dizel və maye qaz bahalaşacaq
Ərdoğan CHP sədrini məhkəməyə verdi
“Bazarstore”də xoşagəlməz hadisə baş verib -FOTO
Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib -FOTO
Azərbaycandan Ermənistana gələn buğda yoxlanılacaq – Arutyunyan
Kady 10 həftəlik oyundan uzaqlaşdırıldı
Əməkdar artist vəfat etdi
Neft emalı zavodunda yanğın
Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı


20.06.2023  16:21 

İzmirdəki 5 ulduzlu otel hələ də Talıbovların mülkiyyətindədir





A+  A-

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun gözlənilməz istefasından sonra övladları Rza və Seymur Talıbovlar milyonlarla dollar dəyərindəki şirkətlərini və mülklərini başqa şəxslərin adlarına keçiriblər. Bu, OCCRP-nin əvvəlki araşdırmalarında öz əksini tapıb.

XəzərNews.az Meydan TV-yə istinadla xəbər verir ki, həmin şirkətlərdən biri də Türkiyənin İzmir şəhərində qeydiyyatdan keçən “REGES Turizm İnşaat Sanayi ve Ticaret Anonim” şirkətidir. Bu şirkət dünyaca məşhur Marriott otellər qrupuna aid olan “The Luxury Collection”un lüks otel kateqoriyasında xidmət göstərən, “Reges, a Luxury Collection Resort & Spa, Çeşme” adlı hotel və kurortun sahibidir.

Çeşmə bölgəsində yerləşən dəbdəbəli mehmanxanın məxsus olduğu şirkət isə 2014-cü ildə Vüqar Abbasov adlı şəxs tərəfindən yaradılıb.

Vüqar Abbasov Naxçıvan Muxtar Respublikasında iri holdinqlərdən biri olan “Cahan Holdinq”in prezidentidir. Rza və Seymur Talıbovun sosial media hesabları onu da göstərir ki, Abbasov həm də ailə ilə yaxındır.

Abbasov eyni zamanda, 2008-ci ildə Talıbovlar ailəsinin bir neçə üzvü ilə birgə bank yaradıb. Naxçıvan bankın sənədlərinə görə, o, 2018-ci ilin martında hissələrini Baharxanım və Seymur Talıbovlara sataraq şirkəti tərk edib.

2014-cü ildə “Reges” şirkətinin İdarə Heyətinin sədri İbrahim Çələbi adlı şəxs olub. Çələbi həmçinin uzun müddətdir ki, Talıbovların ailə şirkəti kimi tanınan “Gəmiqaya” holdinqində də fəaliyyət göstərir.

Sənədlər onu da göstərir ki, 2021-ci ildə Zamin Qədimov adlı şəxs şirkətin idarə heyətinin rəhbəri təyin olunub. O, OCCRP-yə açıqlamasında, Talıbovların ailə şirkətlərində idarəedici funksiya yerinə yetirdiyini etiraf edib.

“Qeyd edim ki, daha əvvəl adı çəkilən şəxslərin şirkətlərində rəhbər vəzifədə işlədiyim doğrudur. Sözügedən şəxslərlə hal-hazırda heç bir biznes əlaqəm yoxdur”, – o deyib.

Araşdırmanın dərcindən sonra Zamin Qədimov Facebook sosial media hesabında Türkiyə və Gürcüstan səyahətləri ilə bağlı bütün postları silib.
2023-cü ilin yanvarında isə şirkət Fatih Aydın adlı Türkiyə vətəndaşının idarəetməsinə keçib. O, şirkətin sədri və səhmdarıdır.

Fatih Aydın eyni zamanda Dubayda Seymur Talıbova məxsus olan “The Class Hotel Apartments”in də sahibinə çevrilib.

Digər dəyişikliklərdən fərqli olaraq, bəlli olur ki, “Reges” şirkəti və onun tərkibindəki milyonlarla dəyərində olan, İzmirin turist axınına məruz qalan Çeşmə ərazisindəki 5 ulduzlu “Reges” oteli Talıbovlar ailəsinin mülkiyyətindədir.

Xəbər 2531 dəfə oxunub.




06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +