Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video
Ruslara Şengen vizası qadağası gəlir
“Binə”də sahibkarlar narazılıq edir - Səbəb?


07.08.2019  12:17 

Tatların maddi mədəniyyət nümunələri





A+  A-

Tatlar Azərbaycan ərazisində yaşadıqları dövrlərdən bu günə kimi yüksək sənətkarlıq mədəniyyəti ilə qarşılaşmışlar. Bu səbəbdən onlar həm öz mədəniyyətlərini, həm də oturaq xalqın mədəniyyətini inkişaf etdirmişlər. Bu zaman qarşılıqlı təsiri heç cür inkar etmək olmaz.
Zəngin təbii xammal ehtiyatları, əkinçilik və maldarlıq imkan vermişdir ki, burada müxtəlif sənət sahələri meydana gəlsin. Daş işləri, misgərlik, zərgərlik, dulusçuluq, toxuculuq, tikmə sənəti və s. sahələrdə tatlar ümumi Azərbaycan sənətkarlığının inkişafında öz töhfələrini vermişlər. Metalişləmənin mühüm sahələrindən olan misgərlik əhalisinin əksər hissəsi tatlar olan İsmayıllı rayonunun Lahıc qəsəbəsində hələ də qalmaqdadır.

Misgər emalatxanalarında texnoloji proseslər, bu günün baxışıyla baxanda, primitiv görünən əritmə və döymə üsulları ilə yerinə yetirilmişdir. Misi əritmək məqsədilə körükdən və gil qəliblərdən istifadə olunmuşdur. Bunlara baxmayaraq, Lahıc misgərləri məişətdə istifadə olunan qablardan tutmuş, bəzək əşyalarına kimi sənət nümunələri yaratmışlar. Qeyd etmək lazımdır ki, Lahıcda papaqçılıq, zərgərlik, silah qayırma və s. sənət sahələri də inkişaf etmişdir.

Göründüyü kimi tatlar arasında sənətkarlığın müxtəlif sahələri geniş yayılmışdır.

Bunlardan biri də xalçaçılıq sənətidir ki, inkişafında spesifik xüsusiyyətlərə malik olmuşdur. Bu sənət, yunun ilkin emalından (yunun yuyulması və darağa alınması) başlayaraq ipliyin (daraqdan çıxmış yundan ibtidai quruluşda) hazırlanmasına və boyanmasına kimi uzun bir yol keçib.

Xalçaçılıq sənəti sahəsində Quba rayonunun ərazisində yerləşən tatların yaşadıqları Çiçi kəndinin xalça sənətkarları hələ orta əsrlər dövründən özünə layiqli yer tuta bilmişdir.

Çiçi kəndində əsasən dörd çeşiddə xalçalar toxunmuşdur. Bunlardan “Sirtçiçi”, “Xırdagülçiçi, “Alçagülçiçi” xalça çeşidləri kompozisiyalarına görə bir birinə yaxındırlar. Xalçalarının ümumi kompozisiyasını onun səthində üfüqi və şaquli istiqamətdə biri birini tamamlayan xırda güllərin (alça gülü) olması təşkil edir.

Çiçi xalçalarının ən geniş yayılmış növü el arasında “İsbigülçiçi” (Azərbaycan dilində “Ağgül Çiçi”) kimi tanınan “Qollu Çiçi” xalçasıdır. Bu xalça indi, təkcə Çiçi kəndində deyil, Türkmənistanda, Dağıstanda, Qarabağda, Şirvanda və başqa yerlərdə də geniş şəkildə toxunmaqdadır.

Bu kompozisiya rəngarəngliyi və gözəlliyi ilə yaxın və orta şərqdə, sonralar isə daha geniş miqyasda şöhrət qazanmışdır.

XVIII - XX əsrin əvvəllərinə aid Çiçi xalçalarının nümunələri Böyük Britaniyanın Viktoriya, ABŞ-ın Metropoliten, Azərbaycanın tarixi, Azərbaycan xalçası və s. muzeylərində saxlanılır. Tat xalça sənətkarlarının “Çiçi” xalça kompozisiyalarından başqa “Quba”, “Qonaqqkənd”, “Cek”, “Cimi”, “Pirəbədil”, “Zeyvə”, “Afurca” və başqa xalça çeşidlərinin inkişafında xüsusi rolu olub.

Elman Əhmədov
“Azəri Tat Mədəniyyət Mərkəzi” İB-nin sədri


Bu yazı “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “İnformasiya texnologiyalarından səmərəli istifadə etməklə mədəni müxtəlifliyin təbliği və “Multikultural Azərbaycan” internet səhifəsinin (multikultural.az) yaradılması” layihəsi çərçivəsində hazırlanıb.

Xəbər 3116 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +