Benzin, dizel və maye qaz bahalaşacaq
Ərdoğan CHP sədrini məhkəməyə verdi
“Bazarstore”də xoşagəlməz hadisə baş verib -FOTO
Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib -FOTO
Azərbaycandan Ermənistana gələn buğda yoxlanılacaq – Arutyunyan
Kady 10 həftəlik oyundan uzaqlaşdırıldı
Əməkdar artist vəfat etdi
Neft emalı zavodunda yanğın
Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı


27.10.2017  10:26 

“Öz “ölümüm”lə bağlı çoxlu başsağlığı mesajı aldım”





A+  A-

XəzərNews.az xalq artisti Könül Xasıyevanın “Kaspi” qəzetinə verdiyi müsahibəni ixtisarla təqdim edir:
- Könül xanım, sizi mənzil almağınız münasibəti ilə təbrik edirik.

- Təşəkkür edirəm. Mətbuat nümayəndələri məni daima diqqət mərkəzində saxlayıblar, siz də həmçinin. Var olun! Allah bizim Birinci vitse-prezidentimiz Mehriban Xanım Əliyevaya uzun ömür versin. O, bizim mələyimizdir. Arzularımızı həyata keçirən mələk.

- Sizə ev veriləcəyini gözləyirdiniz?

- Bəli, gözləyirdim. Çünki biz Azərbaycanda yaşayırıq. Bizim ölkəmizin rəhbəri həmişə sənət adamlarına böyük diqqət və qayğı göstərib. Bunu danmaq olmaz, çünki bu, göz qabağındadır. Hər zaman dövlət başçımızın diqqətini üzərimizdə hiss etmişik. Ona görə sizdən heç nə gizlətməyəcəyəm, mən ev alacağımı gözləyirdim. Leyla Əliyeva şəxsən mənim müalicəmlə tez-tez maraqlanır, zəng etdirir, halımı xəbər alır. O, tapşırıqlarını verir, müalicənin yaxşı getməsi üçün əlindən gələni edir. Bizim dövlətimiz bütün bunları öz sənətkarına qarşı edir. Bizim həqiqətən də gözəl dövlətimiz var. Mən dövlət başçımıza, onun həyat yoldaşına öz minnətdarlığımı bildirirəm.

- Hazırda səhhətiniz necədir?

- Səhhətimə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım xüsusi diqqət ayırır. Heydər Əliyev Fondu da maliyyə ayırıb, yardım edir. Onlar da mənim sağlamlığım uğrunda çox əziyyət çəkirlər. İnsan ona dəyər verildiyini görəndə çox şad olur, sevinir. Sevincinin həddi-hüdudu olmur. Həkimlərimiz mənə deyirlər ki, səni Heydər Əliyev sarayında konsert verəcəyin günə qədər sağaldacağıq. Mən də həkimlərin dediyi o günü gözləyirəm. İnanıram ki, bir gün sağalacaq və o səhnədə konsert proqramı ilə çıxış edəcəyəm. Sizi əmin edirəm ki, jurnalistlər orada ön sırada olacaqlar. Onlar mənim başımın tacıdırlar. Mən sizə öz konsertimdən reportaj yazmağı arzulayıram. Siz mənim məxsusi qonağım olacaqsınız.

- Könül xanım, ürəyinizdə qalan hər hansı arzunuz varmı?

- Əlbəttə ki, arzular tükənməzdir. Mən Kazım balamın toyunu görmək istəyirəm. Allahdan tək arzum can sağlığıdır. Mən oğlumun xeyir işini görüm və onun boynuna kəlağayı salım. Noyabrın 17-də Kazımın 10 yaşı tamam olur. Onun toyunu görmək inşallah mənə nəsib olsun. A

- Səsiniz hələ də yerindədirmi?

- Səhhətimdə problem olmasına baxmayın, səsimdə heç bir problem yoxdur. Allah mənim boğazıma sanki bir aparat qoyub. Onu məndən yalnız Allah ala bilər. İndi bir az zəifləmişəm, inşallah bunun da öhdəsindən gələcəyəm.

- Bundan əvvəl haqqınızda "Xərçəng xəstəliyindən əziyyət çəkir” məlumatı yayılmışdı. Bu məlumat doğru idi?

- Xeyr, əsla. Bir müddət mətbuatda yanlış məlumatlar getdi. Dedilər ki, guya xərçəng xəstəsiyəm. Hətta ölüm xəbərim belə yayıldı.

- Bu xəbərlər psixoloji olaraq sizə təsir etdimi?

- Əlbəttə ki, etdi. Bir müddət mətbuatda mənim haqqımda ölüm xəbərim yayılmışdı. İnternetdən bu xəbəri oxuyanda bir müddət özümə gələ bilmədim. Belə şey olarmı? Telefonun dəstəyini qaldıran kimi mənə başsağlığı verirdilər. Elə bilirdilər ki, dəstəyi götürən mənim hansısa qohumumdur. Bu, dəhşətdir. Həmin an keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Telefonu kimə açırdımsa deyirdilər ki, bəs deyirlər sən ölübsən. Ancaq bilmirdilər ki, dəstəyi mən qaldırıram. Saysız başsağlığı SMS-ləri alırdım. Əlbəttə ki, bu, psixoloji olaraq mənə pis təsir edirdi. Bir insanı ölü kimi təqdim etmək təbii ki, təsirsiz ötüşmür. Mən də çox əzab çəkirdim.

Xəbər 4400 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +