Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video
Ruslara Şengen vizası qadağası gəlir
“Binə”də sahibkarlar narazılıq edir - Səbəb?


13.06.2024  16:58 

Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD





A+  A-

Helikopter qəzası günü İran nümayəndə heyəti Arazqırağı ərazidə günorta namazı qılıblarmış. İranın həlak olan prezidenti İ.Rəisi dini rütbəsinə görə Ayətullah olsa da, namaz qılınarkən pişnamazlıq edə bilmədi, bəlkə də edə bilməzdi. Namaza pişnamazlığı ali dini lider S.Ə.Xameneinin Şərqi Azərbaycan ostanı üzrə nümayəndəsi Höccətül-İslam vəl-müslimin Əl Haşimi etdi. Ayətullah və prezident İ.Rəisi regionun baş mollasının arxasında namaz qıldı. Rəisi dini ailədə böyümüşdü və Məşhəd Fondunun rəhbərliyinə qədər gəlib çatmışdı. Onun atasının və sonradan özünün fəaliyyəti hətta İran İslam inqilabının banisi S.R.M.Xomeyninin diqqətini çəkmişdi. İlk vəzifəni də ona məhz Xomeyni vermişdi.

Prezident seçildikdən sonra İ.Rəisi ölkədə namazın inkişafından ötrü xeyli addımlar atdı. Yeganə prezident idi ki, iki dəfə namaz təbliği ilə əlaqəli moizələr təşkil etdi. İsfahanda bir növbəli təxminən 5000 işçisi olan metallurgiya zavodunda cümə namazına pişnamazlıq etdi. Məqsəd əhali arasında namazı təşviq etmək idi. Bunlardan əvvəl İ.Rəisi Kremldə namaz qıldı. Bəlkə də Kremlin min illik tarixi dövründə orda ilk dəfə namaz qılındı.

Dini nöqteyi-nəzərdən də Ayətullahın aşağı rütbəli mollanın arxasında namaz qılması dini baxımdan böyük qüsurdur. Administrativ subordinasiya qaydasına görə də bu düzgün deyil. Bunun əsaslandırması qeyri-mümkündür. Bunu əsaslandıra bilən fətvası və ya hökmü olan heç bir müctəhid yoxdur. Ərdəbilin imamcüməsi Ayətullah Amili Rusiyanın hansısa şəhərinə dəvət olunmuşdu. Amilini virtual da olsa tanıyanlar bilirlər ki, özündən çox razıdır, özünü hamını dini-ideoloji baxımdan məğlub etməyə gücü çatan adam hesab edir. Rusiyada orta səviyyəli sünni məscidinin imamının arxasında namaz qılmalı oldu. Bu hal İranın daxilində müzakirə olundu-olunmadı, bu barədə məlumat yoxdur.

Amma Ayətullah İ.Rəisinin Höcəttül-İslam vəl-müslimin Əl Haşiminin arxasında namazı könüllü və ya məcburi qıldırılması dinə böyük zərbədir. İ.Rəisinin təbrizlilərə qarşı səmimi olduğu iddiasında deyilik. Ayətullah Rəisi Təbriz və digər yerlərdə şəxsləri qoyub, Məşhəddən gətirdiyi şəxsi Təbrizə vali təyin etmişdi. Dini maraqların qorunması, hörmətin olunması siyasi ambisiyanın nümayişinin qarşısında bəlkə də 4-5-ci yerdədir. İranın idarəçiliyində siyasət dini özünə tabe etdirib.

Bu, İranın Azərbaycanda zombi dəstəsinin yaradılmasına da şamil edilib. Asan idarə olunan, dini deyil, söyüş- təhqiri bilən adamları başına yığıb.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri


Xəbər 9335 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +