Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


24.11.2022  16:30 

Avropa Parlamenti Ukraynaya 18 milyard yardımı dəstəklədi





A+  A-

Ukraynaya 18 milyard avro məbləğində makromaliyyə yardımı Avropa Parlamentinin deputatları tərəfindən təsdiqlənib. Avropa Komissiyasının təklif etdiyi məbləğ dövlət xidmətləri, səhiyyə, əmək haqqı və pensiyalar üzrə “Ukraynanın təxmini aylıq ehtiyacının bir hissəsini ödəyəcək” və kritik infrastrukturun bərpasına kömək edəcək.

XəzərNews.az yerli mediaya istinadən xəbər verir ki, Avropa Parlamentinin sədri Ursula fon der Leyen bu məbləğin 2023-cü il ərzində müntəzəm tranşlarla kredit şəklində köçürülməsini təklif edib.

Qeyd edək ki, Avropa Komissiyasının təklifi təkcə Avropa Parlamentinin deputatları deyil, həm də Aİ Şurası tərəfindən təsdiqlənməlidir. Bundan əvvəl Avropa İttifaqı Ukraynanın enerji sektorunu dəstəkləmək üçün xüsusi fond yaradıb. Onun məbləöi isə 25,5 milyon avrodur.

Bu arada Macarıstan Kiyevə maliyyə yardımında iştirak etməyə hazır olduğunu bəyan edib. Budapeştin ayrılan 18 milyard avroluq yardımda payı 187 milyon olacaq. Macarıstanın baş naziri Viktor Orbanın sözlərinə görə, ölkələr arasında yardımın məbləği “ədalətli və proporsional şəkildə” bölüşdürülməlidir:

“Macarıstan Ukrayna xalqını dəstəkləyir, lakin “Ukraynanın maraqlarını öz ölkəsinin maraqlarından üstün tutmaq” istəmir”, - deyə Orban bildirib.

İsmayıl Nifti
XəzərNews.az


Xəbər 2371 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +