ADDA və GIZ EasTnT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Onlayn qumar əməliyyatı... – 7 nəfər həbs olundu
İcradan heç kim əraziyə gəlməyib - Jurnalist
Quduzluğa yoluxan suriyalı gənc öldü
Mardində bir ailənin 3 üzvü güllələndi
İranlı deputatların ayaqları göydə -İlginc fotolar
Akif Nağı onu məhkəmə ilə hədələyən müğənniyə cavab verdi
Prezident 2 fərman imzaladı
Jurnalistin intihar anonsu...-Borcum var
Zelenski ABŞ-a səfər edə bilər


12.05.2017  15:57 

Diaspor Komitəsi ÜAK-ın ləğvini pisləyən bəyanat yaydı





A+  A-

Diasporla iş üzrə Dövlət Komitəsi Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə bağlı bəyanat yayıb.
Bu barədə Komitədən XəzərNews.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiya Federasiyası Ədliyyə Nazirliyinin müraciəti əsasında Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə bağlı başlamış məhkəmə prosesi Rusiyada yaşayan azərbaycanlı icmasının, digər xarici ölkələrdə məskunlaşmış soydaşlarımızın, eləcə də bütün Azərbaycan ictimaiyyətinin dərin narahatlığına səbəb olub.

“Təəssüf hissi ilə bildiririk ki, son dövrlərdə daxil olmuş məlumatlar Rusiya Federasiyasında müəyyən anti-Azərbaycan qrupların ÜAK-ın fəaliyyətinin dayandırılması istiqamətində xüsusi fəallıq göstərdiyini, may ayının 15-nə təyin olunmuş məhkəmə prosesinə təşkilatın bağlanması üçün təzyiq etmək cəhdlərinin intensivləşdiyini söyləməyə əsas verir.

Dövlət Komitəsi bəzi qüvvələrin bilavasitə Azərbaycan-Rusiya münasibətlərini zədələməyə yönəlmiş məqsədyönlü fəaliyyətindən dərin narahatlıq hissi keçirdiyini bir daha bəyan edərək, məhkəmənin ədalətli qərar verəcəyinə inandığını ifadə edir. ÜAK Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci ildə yaradılmış, fəaliyyət göstərdiyi müddət ərzində soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi, xalqlarımızı bir-birinə bağlayan mədəni dəyərlərin, tarixi ənənələrin təbliğinə xidmət edən bir sıra uğurlu layihələr həyata keçirmişdir. İki milyona yaxın azərbaycanlını təmsil edən bu təşkilat millətlərarası barışın və qarşılıqlı anlaşmanın tərəfdarı kimi çıxış etmiş, ölkədə mövcud olan dini və etnik tolerantlığın daha da gücləndirilməsinə töhfə verməyə çalışıb.

Bir daha vurğulamağı vacib hesab edirik ki, ÜAK ictimai rəydə yalnız milyonlarla azərbaycanlını təmsil edən təşkilat deyil, eyni zamanda xalqlarımızın dərin tarixi köklərə malik çoxəsrlik dostluq münasibətlərinin, ölkələrimizin bir çox sahələri əhatə edən strateji tərəfdaşlığının simvolu kimi qəbul olunmaqdadır. Bu gün beynəlxalq münasibətlər sistemində mühüm yerə malik Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xüsusi rol oynayan yüzlərlə azərbaycanlının adını çəkmək olar. Rusiyada yaşayan azərbaycanlılar bu ölkəni özünün ikinci vətəni kimi qəbul edir, onun tərəqqisi və rifahı naminə səy və bacarığını əsirgəmirlər.

ÜAK-ın fəaliyyətinin başlıca qayəsi Rusiya Federasiyasında yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların xalqlarımız arasındakı əlaqələrin güclənməsinə, ölkələrimizin iqtisadi, siyasi və digər sahələrdə münasibətlərinin inkişafına cəlb etməkdən ibarət olmuşdur. ÜAK və onun üzvləri heç zaman Rusiya Federasiyasının qanunlarına və milli mənafelərinə zidd hər hansı addım atmamış, ölkənin, dövlətin maraqlarını yüksək əzmlə qorumağa, müdafiə etməyə çalışmışdır. Bütün bunlara baxmayaraq, bəzi qüvvələrin ÜAK-ın fəaliyyətinin dayandırılmasına yönəlmiş israrlı cəhdləri onların Rusiyanın ümumi mənafelərinə xidmət etdiyinə şübhə yaradır, eyni zamanda erməni diasporu ilə əlaqələrinə dair məlumatların həqiqətə uyğun olma ehtimalını artırır, habelə azərbaycanlı icmasının Rusiyanın milli siyasətinə inamının sarsılmasına səbəb ola bilər. Bu cür təşəbbüslər, eyni zamanda Rusiya Federasiyasının milli və etnik azlıqlarla bağlı siyasətinin məzmununa, prinsiplərinə qəti şəkildə ziddir.

Dövlət Komitəsi bütün Azərbaycan ictimaiyyətinin və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 460-dan çox diaspor təşkilatında birləşmiş azərbaycanlıların ÜAK-ın fəaliyyəti ilə bağlı başlamış məhkəmə prosesində iki ölkənin maraqlarına, xalqlarımızın dostluq ənənələrinin, dövlətlərimizin strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd qərar qəbul olunması istiqamətində təşəbbüslərdən dərin narahatlığını ifadə edir. Ümid edirik ki, məhkəmə bu narahatlığı nəzərə alaraq, milyonlarla azərbaycanlını təmsil edən ÜAK-ın fəaliyyəti ilə bağlı tam ədalətli, obyektiv və heç bir siyasi motivə əsaslanmayan qərar qəbul edəcəkdir. Bir daha xüsusi vurğulamağı vacib hesab edirik ki, Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətinin dayandırılması iki ölkənin ümumi mənafelərinə tamamilə ziddir və yalnız Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmlənməsini istəməyən qüvvələrin maraqlarına xidmət edə bilər”.

Xəbər 3334 dəfə oxunub.




25.11.2025  16:43 

Prezident 2 fərman imzaladı

25.11.2025  15:41 

Zelenski ABŞ-a səfər edə bilər

25.11.2025  14:02 

Xırdalanda yaşayış evi yanır

25.11.2025  13:27 

Qurbanov bənzərsiz bir fenomendir

25.11.2025  13:25 

Sabah bu ərazidə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +