Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


23.08.2019  11:36 

Alı Alıyev sakinlərlə görüşdü - Fotolar





A+  A-

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Araz Dilağarda kəndində keçirilib.
XəzərNews.az xəbər verir ki, qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.

Alı Alıyev deyib ki, 1220 nəfər əhalinin yaşadığı Araz Dilağarda kəndinin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1006 nəfərə hər ay 60360 manat vahid aylıq müavinət ödənilir, 3 ailə özünüməşğulluq proqramına cəlb olunub. Araz Dilağarda kəndində 1 şəhid ailəsi, 1 Qarabağ müharibəsi əlili vardır.

Kənd sakinlərindən 361 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 167 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər. Kənddə məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, poçt fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub. 2018-2019-cu təsərrüfat ilində 254 ha taxıl, 12 ha pambıq əkilib, 510 kq barama istehsal olunub.

Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb. Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.



Xəbər 2789 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +