Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


19.11.2025  10:51 

Zibil konteynerlərini avtobus zolağına düzdülər – VİDEO





A+  A-

Bakıda Mənzil Kommunal İdarəsi Sahəsi (MKİS) zibil konteyneri avtobus yolunun qoyub.

XəzərNews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospekti 99 ünvanında baş verib. Sakinlər bildirirlər ki, 85 saylı MKİS öz balansında olan zibil konteynerlərini yolun hərəkət hissəsinə aparıb. Digərləri də dolub-daşır.

Nazim Əsədovun sözlərinə görə, zibil konteynerlərinin yerini dəyişmək istəyəndə sakinlər iradlarını bildiriblər. Sonradan qoyulan yer isə buradır.

85 saylı MKİS-nin rəisi Elcan Orucov isə bildirdi ki, 99 saylı binanın tullantıları neçə gündür daşınmır. Səbəb də bina sakinlərinin məişət tullantılarının daşınmasına görə borcunun olmasıdır. Borc ödəndikdən sonra qutular öz yerinə qaytarılacaq.

Zibil qutularının niyə başqa yerə yox, məhz avtobus zolağına qoyulmasına gəlincə isə bildirildi ki, buna səbəb ərazidəki relyefin əlverişli olmaması, yalnız həmin hissənin uyğun gəlməsidir.

Daha ətraflı videomaterialı təqdim edirik.



Xəbər 1107 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +