Kürəkənə 10 il iş verildi
Almaniya lazer silahını sınaqdan keçirib -FOTO
İcra başçısı həbs edilmiş müavini ilə Lənkəranda da birgə işləyib...
Daha bir məktəbdə monitorinq keçirilib
Prezident Göyçə gölündən danışdı
Xəzər” adında dəniz yoxdur, amma...-Məhəmmədi
Hərbi parad təşkil ediləcək - Prezident
Sərnişin "BakuBus"ın sürücüsünü döydü
Ramiz Mehdiyevin köməkçisi həbs olunub
Tramp: Dünyanı 150 dəfə partlatmaq üçün nüvə silahımız var


24.07.2020  20:37 

Moskvada ermənilərlə azərbaycanlıların davası ilə bağlı cinayət işi açıldı





A+  A-

Rusiyanın paytaxtı Moskva şəhərinin cənub-şərqində Azərbaycan və Ermənistan vətəndaşları arasında davadan sonra cinayət işi açılıb.
XəzərNews.az bildirir ki, bu barədə “TASS” Rusiya DİN Moskva şəhəri üzrə Baş İdarəsinin Mətbuat Xidmətinə istinadən xəbər verib. Cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin xuliqanlıq və soyğunçuluq maddələri üzrə başladılıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, hazırda 25 nəfər saxlanılıb.

“İyulun 24-nə keçən gecə Moskvanın Marino rayonunda vətəndaşlar arasında bir sıra münaqişə baş verib. Hadisə zamanı kişiyə bədən xəsarəti yetirilib, onun olduğu avtomobil zədələnib. Həmçinin, kafedə naməlum şəxslər ziyarətçiləri və işçiləri təhdid edərək, kassadan 50 min rubl məbləğində pul oğurlayıblar, əmlaklarını zədələyiblər, bundan sonra hadisə yerindən qaçıb gizləniblər. Polis əməkdaşları və Rusiya Milli Qvardiyası döyüşçülərinin tədbirləri nəticəsində hüquqazidd əməllər törətməkdə şübhəli bilinən 25-dən çox şəxs saxlanılıb”, - agentliyin həmsöhbəti deyib.

“Moskva polisi qrup halında ictimai asayişin pozulmasının qarşısını dərhal alacaq, qanun pozucularını qanunla nəzərdə tutulmuş məsuliyyətə cəlb edəcək. Bundan əlavə, Rusiya Federasiyasının miqrasiya qanunvericiliyinə uyğun olaraq, xarici vətəndaşlar üçün 5 il müddətinə Rusiya Federasiyasına giriş qadağasının qoyula biləcəyi ilə bağlı tədbirlər görülə bilər”, - Rusiya DİN Moskva şəhəri üzrə Baş İdarəsinin Mətbuat Xidmətinin nümayəndəsi qeyd edib.

Xəbər 3298 dəfə oxunub.



03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib


BÜTÜN XƏBƏRLƏR +