Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi
Almaniya lazer silahını sınaqdan keçirib -FOTO
İcra başçısı həbs edilmiş müavini ilə Lənkəranda da birgə işləyib...
Daha bir məktəbdə monitorinq keçirilib
Prezident Göyçə gölündən danışdı
Xəzər” adında dəniz yoxdur, amma...-Məhəmmədi


15.04.2020  11:09 

İstilik mövsümünün vaxtı uzadıldı





A+  A-

Baş Nazirin tapşırığı ilə ölkə ərazisində istilik mövsümü aprelin 25-nə qədər uzadılıb.
"Azəristiliktəchizat"dan XəzərNews.az-a daxil olan məlumatda qeyd edilir ki, ölkə prezidentinin tapşırıq və tövsiyələri nəzərə alınaraq Nazirlər Kabinetinin göstərişinə əsasən Energetika Nazirliyi və “Azəristiliktəchizat” ASC-yə hava proqnozu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarının təhlil edilərək istilik mövsümünün müddəti ilə bağlı təkliflərin hazırlanması tapşırılıb, bununla bağlı müvafiq araşdırmalar aparılaraq Nazirlər Kabinetinə zəruri məlumatlar təqdim edilib.

Baş Nazirin tapşırığı ilə ölkə ərazisində istilik mövsümü aprel ayının 25-nə qədər uzadılması məqsədəuyğun hesab edilib.

Ölkə ərazisində istilik mövsümünün aprel ayının 25-nə qədər davam etdirilməsi ilə bağlı "Azəristiliktəchizat" ASC tərəfindən bütün zəruri tədbirlər görülmüş və istilik təchizatı sistemlərinin dayanıqlı və fasiləsiz iş rejimi təmin edilməklə yaşayış binaları və zəruri sosial obyektlərin istilik təchizatının davam etdirilməsi təmin ediləcək.

Hazırda respublika ərazisində istilik və isti su təchizatı davam etdirilir, Cəmiyyətin idarə aparatında rəhbərlik səviyyəsində və zəruri xidmət sahələrində mütəxəssislərdən ibarət növbətçilik yaradılmış, qazanxana və istilik məntəqələrinin işçi parametrlərinə Mərkəzi Dispetçer Xidməti vasitəsilə internet üzərindən məsafədən onlayn nəzarət həyata keçirilir.

“Azəristiliktəchizat” ASC-nin 956 nömrəli “Çağrı Mərkəzi” gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir və vətəndaşlarımız 956 nömrəli “Çağrı Mərkəzi”, telefon, elektron məktub və Cəmiyyətin rəsmi feysbuk səhifəsi vasitəsi ilə onları maraqlandıran suallarla bağlı müraciətlərini həyata keçirə bilərlər.

Xəbər 2899 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu


BÜTÜN XƏBƏRLƏR +