Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


09.01.2019  22:14 

Bakı metrosunda həyəcan - Qatarlar tuneldə qaldı





A+  A-

“Bakı Metropoliteni”ndə qatarların hərəkət cədvəlində problem yaranıb.
XəzərNews.az xəbər verir ki, sərnişinlərdən birinin “Qafqazinfo”ya verdiyi məlumata görə, bu gün saat 18:49 radələrində metronun “Əhmədli” stansiyası istiqamətində hərəkət edən qatar tuneldə qalıb, 8 dəqiqəyə ünvana çatıb. Daha sonra çox aşağı sürətlə “Həzi Aslanov” stansiyasına çatıb.

Eyni problem “Xalqlar dostluğu” stansiyasında da baş verib. Belə ki, “Xalqlar dostluğu”ndan “Həzi Aslanova” hərəkət edən qatar ünvana 15 dəqiqəyə çatıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.

Onun sözlərinə görə, “Həzi Aslanov” stansiyasında yolayırıcında texniki nasazlıq yaranıb: “Bu səbəbdən qatarların hərəkət intervalında 5 dəqiqə fasilə yaranıb. Hazırda problemin həlli istiqamətində tədbirlər görülür”.

***

Bəxtiyar Məmmədov bildirib ki, metroda yaranmış problem artıq aradan qaldırılıb.

Xəbər 3129 dəfə oxunub.




03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +