Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


30.07.2018  18:06 

“28 Mall”a bomba qoyduğunu dedi, həbs edildi





A+  A-

“28 Mall” ticarət mərkəzinə bomba qoyması barədə yalan məlumat verən Rəvan Fətullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
XəzərNews.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Zeynal Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 6-na təyin edilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, R.Fətəliyev bu il aprelin 4-də Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzindəki “Bazarstore” mağazasına bomba qoyması barədə məlumat verib. Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakini, 33 yaşlı R.Fətəliyev tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər 3220 dəfə oxunub.



03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +