Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


27.02.2018  15:26 

Səfir Azər Xudiyev Xocalı tədbirlərinə niyə qatılmır? – Müəmma





A+  A-

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin bu ölkənin tanınmış “Ukrayna radiosu”nun Xocalı soyqırımına həsr etdiyi “Xüsusi qonaq” verilişinə qatılmaması böyük rezonans doğurub.
XəzərNews.az xəbər verir ki, rusdilli Haqqın.az saytı bu məsələni ictimailəşdirərək səfiri sözügedən verilişdə iştirak etməməsindən dolayı tənqid edib (yazı linkdə: https://haqqin.az/news/123627).

Sayt yazır ki, Azər Xudiyevin əvəzinə verilişdə iştirak edən Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Sübhan Hüseynli aparıcının suallarına doğru-düzgün cavab verə bilməyib.



Məsələyə sosial şəbəkədəki səhifəsində münasibət bildirən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Haqqın.az saytında gedən sözügedən yazını paylaşaraq belə bir şərh yazıb: “Şəxsən mən təəccüblənmədim. Ötən il biz diaspor təşkilatı olaraq “Ukrayna” kino-teatrında Xocalı hadisələrini anladan “Cəhənnəmi görmüş pilot” filmini təqdimatına səfir Azər Xudiyevi də dəvət etdik. Lakin səfir Azər Xudiyev bir gün əvvəl diplomatik korpusun əməkdaşları ilə iclas keçirərək heç kəsin həmin tədbirdə iştirak etməməsini tapşırmışdı. Ümumilikdə nə ötən il, nə də bu il Xocalı faciəsi ilə bağlı təşkil olunan tədbirlərimizin heç birində nə səfir Azər Xudiyev, nə də səfirliyin əməkdaşları iştirak etməyib. Bunlar kimə qulluq edir, anlaşılan deyil”.

Xəbər 5058 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +