Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


12.02.2018  13:16 

Azərbaycanda nöbədənkənar parlament seçkiləri də keçirilə bilər?





A+  A-

Azərbaycan Respublikası növbədənkənar prezident seçkilərinə hazırlaşır. Mərkəzi Seçki Komissiyası (MSK) ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq, növbədənkənar prezident seçkilərini 2018-ci il aprelin 11-nə təyin edib.
Xatırladaq ki, 2016-cı il 26 sentyabr tarixində keçirilmiş sonuncu referendumla Konsitusiyaya dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, ölkə başçısına növbədənkənar seçki təyin etmək səlahiyyəti verilib.

Dövlət başçısı İlham Əliyev artıq həmin səlahiyyətləri çərçivəsində növbədənkənar prezident seçkisi elan edib. Bəs Azərbaycanda nöbədənkənar parlament seçkilərinin də keçirilmə ehtimalı varmı?

XəzərNews.az bildirir ki, məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsiz və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün ortada xüsusi bir zərurət yoxdur:

“Çünki 2015-ci ildə formalaşmış qanunverici orqan öz səlahiyyətlərini və qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirir. Parlamentin bu gün dövlət quruculuğunda ikinci hakimiyyət qolu kimi üzərinə vacib missiya düşür. Həm də xarici əlaqələrin formalaşmasında parlament mühüm yer tutur. Belə olan təqdirdə ali icra hakimiyyəti orqanının formalaşması prosesinin davamı kimi, digər hakimiyyət qollarına da ictimai etimadı müəyyənləşdirmək üçün yeni seçkilərin təyin edilməsinə heç bir ehtiyac yoxdur. Növbədənkənar prezident seçkilərinə gəlincə, bu məsələ yetərincə cəmiyyətə izah olunub.

Növbədənkənar prezident seçkilərinin keçirilməsinin əsas məqsədi 2025-ci ildə iki mühüm hakimiyyət orqanına seçkilərin üst-üstə düşməsi, həm bu il ölkə həyatında mühüm yer alan tədbirlər amili, bundan da üstün regional və beynəlxalq proseslərin məntiqi idi. Konstitutsiya növbədənkənar seçkilərin təyin olunmasına görə dövlət başçısına hüquq verir. Biz burada bütün mühakimələrimizi ilk növbədə qanun müstəvisi üzərində aparmalıyıq”.

Zahid Oruc hesab edir ki, parlament öz səlahiyyətlərini 2020-ci ilə qədər davam etdirəcək.

“Parlament seçkiləri yalnız 2025-ci ildə keçiriləcək”.

Xəbər 3729 dəfə oxunub.




03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +