Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


01.07.2017  11:02 

3,4 milyon mənimsəyən saxta MTN-çilərin cəzası azaldıldı





A+  A-

Bakı Apellyasiya Məhkəməsində 3,4 milyon dolları dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilənlər Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdullayev və Tural Qasımovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Bu barədə L.Abdullayevin vəkili Bəxtiyar Hacıyev məlumat verib. Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və cəzalar azaldılıb. Belə ki, 18 il müddətinə azadlıqdan məhrum edilən Loğman Abdullayevin cəzası 15 ilə endirilib. 16 il müddəyinə azadlıqdan məhrum edilənlər – E.Qasımov və P.Rzayevin cəzası isə 14 il 6 aya endirilib.
Şərti cəza alanlar - F.Tağıyev, G.Abdullayev, T.Qasımov və R.Hacıyev barəsindəki hökm isə dəyişdirilmədən saxlanılıb. Qərarda qeyd olunub ki, birinci instansiya məhkəməsi cəzaları düzgün hesablamayıb.

Vəkil B.Hacıyev bildirib ki, qərardan kassasiya şikayəti veriləcək: “Loğman Abdullayevə Cinayət Məcəlləsinin 178-ci, yəni dələduzluq maddəsindən başqa digər maddələr üzrə bəraət verilməlidir”.

Qeyd edək ki, ittihama görə, adıçəkilən şəxslər 2015-ci il mayın 1-də saat 23:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsində T.Zülfüqarovun idarə etdiyi avtomobilin qarşısını kəsərək özlərini Milli Təhülkəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim ediblər. T.Zülfüqarovu Xətai rayonu ərazisindəki mənzilinə gətirib seyfdə saxladığı külli miqdarda xarici valyutanı guya araşdırmaq məqsədi ilə ələ keçiriblər. Daha sonra onlar T.Zülfüqarovu "Ulduz" metrostansiyasının yaxınlığında yerləşən obyektlərin birində qanunsuz olaraq 3 gün saxladıqdan sonra Moskva şəhərinə yola salıblar. Ələ keçirdikləri pulu bölüşdürdükdən sonra ölkədən çıxıblar.

Hadisə ilə bağlı L.Abdullayevin atası Çingiz Abdullayev də həbs edilib. İstintaq bu qənaətə gəlib ki, Ç.Abdullayev hadisə törədildikdən sonra Azərbaycana gəlib və oğlunun Gəncədə arpa dənlərinin içində gizlətdiyi pulu götürərək Qazaxıstana transfer etdirib. Ç.Abdullayev isə pulun dələduzluq yolu ilə əldə edildiyini bilmədiyini deyib. Sonradan məlumatı olanda isə zərərçəkən T.Zülfüqarova 300 min dollar qaytarıb.

Ç.Abdullayev Nərimanov rayon məhkəməsinin hakimi Samir Məmmədovun qərarı ilə axtarışa verilib və Qazaxıstanda saxlanılaraq Azərbaycana ekstradisiya edilib. Ç.Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan verilən şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov təmin etməyib.

Təqsirləndirilən və şərti cəza verilərək azadlığa buraxılan Gəray Abdulov Loğman Abdullayevin bacısının əridir.

(qafqazinfo.az)

Xəbər 2591 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +