Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


30.11.2023  10:31 

20 yaşlı gənc çarəsiz: Nə Azərbaycana lazımdır, nə də Rusiyaya...





A+  A-

Çərşənbə axşamı səhər Dövlət Miqrasiya Xidməti (DMX) Rusiya vətəndaşı, 2003-cü ildə anadan olmuş Xəyal Elşad oğlu Vasilyevi Azərbaycandan deportasiya edib. O, son 10 ili Sumqayıtda, ata tərəfdən nənə-babasının evində yaşayıb. Vasilyevin rəsmi icazə olmadan Azərbaycanda yaşaması və ölkədə qalma müddətinin çoxdan başa çatması barədə məlumatı polisə oğlanın doğma xalası verib. Polis Vasilyevi saxlayıb, onu DMX-nin müvəqqəti saxlanma təcridxanasına verib, DMX isə azərbaycanlını beş il ərzində geri qayıtmaq hüququ olmadan ölkədən deportasiya edib.

Xəyalın Rusiyada qohumları yoxdur. Atası Elşad Şammədov uzun müddətdir həbs cəzası çəkir. Öğlanın qalmağa yeri yoxdur. Anası Xəyal uşaq ikən vəfat edib. Evsiz-eşiksiz uşağı qış vaxtı küçədə hüquq müdafiəçisi Qreqori Vinter tapıb, oğlanı xilas edib, sonra uşaq evinə yerləşməsinə kömək edib. Orada Xəyala oxumaq-yazmaq öyrətməyiblər.

2013-cü ildə onun Azərbaycandakı qohumları on yaşındakı Xəyalı atasının vətəninə gətirmək üçün ev satıblar. 10 il Sumqayıtda yaşadıqdan sonra qohumları uşağa Rusiya pasportu düzəldiblər, onlar Xəyalı deportasiyadan və savaşan Rusiya ordusuna məcburi çağırışdan xilas etmək üçün Miqrasiya Xidmətinin kompromis təklifini yerinə yetirməyərək faktiki olaraq onu ölkədən çıxarıblar.

Turan bu barədə Xəyal Vasilyevin qohumları prezidentdən gənci xilas etməyi xahiş edirlər məqaləsində bildirib

Vasilyevin qohumu Müşfiq Abbasov Turan-a bildirib ki, miqrasiya qanunvericiliyinin pozulmasına görə cərimənin ödənilməsi, Xəyalın Gürcüstana getməsi və Sumqayıta qayıtmasından ötrü aviasiya biletlərinin alınması üçün pulları olmayıb. Əgər o, dövlət sərhədini keçib geri qayıtsaydı, onu Azərbaycanda saxlamaq üçün qanuni imkan yaranardı, sonra isə onun istəyilə bizim ölkə vətəndaşlığını almaqla məşğul olmaq olardı. Ancaq ailə pul tapmadı və Miqrasiya Xidməti hayalı deportasiya etdi. Vasilyevin nənəsinin və babasının Sumqayıtdakı evi isə qohumlarına qaldı. Hüquq müdafiəçisi Qreqori Vinterin fikrincə, Xəyalın azərbaycanlı qohumları oğlanın deportasiya edilməsində maraqlı olublar ki, ev onlara qalsın. Müşfiq Abbasov Turan ilə söhbətində bu versiyanı inkar edir.

Xəyalın xalası Səlimə Süleymanlı Turan-a bildirib ki, aviabilet və cəriməni ödəməyə imkan olmayıb, nəticədə DMX oğlana atasının vətənində yaşamaq imkanı yaratmaqla bağlı vədini pozaraq onu ölkədən çıxarıb.

DMX-nin Xəyal Vasilyevin işilə bağlı Turan-ın sorğusuna rəsmi cavabında təcridxanada müvəqqəti saxlanılan qanunsuz miqrantlar barədə üçüncü şəxslərə məlumat verilməsini qadağan edən qanunlar haqda çoxlu məlumat var. Rəsmi cavabda Rusiyada peşəsi və evi olmayan bir azərbaycanlıya dövlətin qayğısının ifadəsi yoxdur. DMX onu asanlıqla Rusiya Federasiyasına göndərdi, üstəlik Xəyalın Ukraynada müharibəyə çağırılması təhlükəsini bilə-bilə beş il geri qayıtmaq hüququ olmadan.



Dünən şaxtalı Moskvada ac və əynində qalın paltarı olmayan Xəyalı yoldan keçənlər, yad adamlar görüblər, sığınacaq veriblər. Hüquq müdafiəçisi Qreqori Vinter gəncə kömək etmək üçün Moskva diasporunun nümayəndələrini çağırıb. Oğlan hara gedəcəyini bilməyərək hava limanında kömək istəyib. Gəncin sözlərinə görə, harada olduğunu və təsadüfi adamların onların yanında nə qədər qalmağa icazə verəcəklərini bilmir. Bundan sonra nə edəcəyini də bilmir.

Moskvalı jurnalistlərin sitat gətirdiyi rusiyalı naməlum vətəndaşın sözlərinə görə, Xəyala Moskvadakı hüquq müdafiəçilərindən biri kömək edib, çünki "oğlanın həyat qabiliyyəti yoxdur, hətta oxumaq-yazmaq bilmir". Xəyala sığınacaq verən şəxsin sözlərinə görə, gənc azərbaycanlı bütün qohumlarının yaşadığı Azərbaycana qayıtmaq istəyir.

Azərbaycan DMX-nin inzibati cəza haqqında 16 noyabr tarixli qərarında göstərilir ki, miqrasiya şöbəsinin müdiri Gəray Nuriyev Rusiya vətəndaşı, 2003-cü ildə anadan olan Xəyal Vasilyevə protokol tərtib edib. İnzibati xətalar haqqında protokola baxılarkən məlum olub ki, Vasilyev Azərbaycan ərazisində etibarsız sənədlə yaşayır.

Qərarda göstərilir ki, Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 575.1.2-ci maddəsinə əsasən, Vasilyev inzibati qaydada 400 manat cərimə ödəməklə 90 gün ərzində ölkədən çıxarılmalı, Azərbaycan Respublikasına giriş hüququ isə 5 il müddətinə məhdudlaşdırılmalıdır.

Qərarın surətinin təqdim edildiyi andan on gün ərzində yuxarı orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər, qərarda deyilir. Çerepovetsli hüquq müdafiəçisi, 2008-ci ildən Xəyala kömək edən Qreqori Vinter "Kavkazskiy uzel”in müxbirinə bildirib ki, Rusiya vətəndaşlığı olan kimsəsiz kimi gəncin Rusiyada mənzil əldə etməsinə çalışıb. Lakin onun sözlərinə görə, qanuna hər hansı istinad olmadan bundan imtina ediblər.

"Belə çıxır ki, 20 yaşlı gənc çarəsiz vəziyyətə düşüb - nə doğmalarının yaşadığı Azərbaycana lazımdır, nə də Rusiyaya. Yaxşı ki, aeroportda xeyirxah adamlara rast gəlib, amma irəlidə yaşamağa pulu olmadan, oxumaq-yazmaq bilmədən onu nə gözləyir? Düşünmək belə dəhşətdir!", - Vinter deyib və Moskvadakı diasporu Xəyal Vasilyevə kömək etməyə çağırıb.

Kamal Əli
Ekspert, şərhçi
Turan İA

Xəbər 1437 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +